Bakıda KURYOZ: həbsdəki xalası oğluna sümüyün içində narkotik gətirdi

23.06.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlunun gətirdiyi sovqata baxış  zamanı ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью