Bakıda KURYOZ: həbsdəki xalası oğluna sümüyün içində narkotik gətirdi
Icma.az bildirir, Lent az portalına istinadən.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlunun gətirdiyi sovqata baxış zamanı ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Baxış sayı:58
Bu xəbər 23 İyun 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















