Bakıda kütləvi dava düşdü, bıçaqlananlar var

13.11.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Nərimanov rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə Böyükşor ərazisində, Dərnəgül taxta bazarının yaxınlığında baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Sərvan Məsimov, 1996-cı il təvəllüdlü Raqif Rəhimov və 1996-cı il təvəllüdlü Ravin Xəlilov dava zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məlumata görə, Sərvan Məsimov və Raqif Rəhimov bıçaqlanıb. Ravin Xəlilov isə döyülərək xəsarət alıb.

Yaralılardan ikisi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağır olan Raqif Rəhimov isə Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə aparılıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil (Teleqraf).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью