Bakıda kütləvi dava düşdü, bıçaqlananlar var
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Nərimanov rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, hadisə Böyükşor ərazisində, Dərnəgül taxta bazarının yaxınlığında baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Sərvan Məsimov, 1996-cı il təvəllüdlü Raqif Rəhimov və 1996-cı il təvəllüdlü Ravin Xəlilov dava zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Məlumata görə, Sərvan Məsimov və Raqif Rəhimov bıçaqlanıb. Ravin Xəlilov isə döyülərək xəsarət alıb.
Yaralılardan ikisi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağır olan Raqif Rəhimov isə Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə aparılıb.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil (Teleqraf).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 Noyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















