GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir. Bakıdakı məşhur “Buta Palace” sarayında toyu olmuş bəy-gəlin boşanıb.
Globalinfo.az referans.az-a istinadən xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili ictimailəşdirib.
O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb. Onların “Buta Palace”dakı toyu ötən ay olmuşdu.
İsrafil Əlili boşanma zamanı tərəflərdən birinin vəkil olub.
Məsələnin əsas maraq doğuran tərəfi 1 ay öncə baş tutan dəbdəbəli toy mərasiminə külli miqdarda pulun xərclənməsidir.
Vəkilin sözlərinə görə, sözügedən bəy-gəlinin “Buta Palace”dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilmişdi.
“Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda 2 otaqlı təmirli mənzil almaq olardı.
Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi.