Icma.az
close
up
RU
Bakıda milyoner cütlük toydan bir ay sonra boşandı İnanılmaz səbəb

Bakıda milyoner cütlük toydan bir ay sonra boşandı İnanılmaz səbəb

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıdakı məşhur “Buta Palace” sarayında toyu olmuş bəy-gəlin boşanıb.

Globalinfo.az referans.az-a istinadən xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili ictimailəşdirib. O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb. Onların “Buta Palace”dakı toyu ötən ay olmuşdu. İsrafil Əlili boşanma zamanı tərəflərdən birinin vəkil olub. Məsələnin əsas maraq doğuran tərəfi 1 ay öncə baş tutan dəbdəbəli toy mərasiminə külli miqdarda pulun xərclənməsidir. Vəkilin sözlərinə görə, sözügedən bəy-gəlinin “Buta Palace”dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilmişdi. “Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda 2 otaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di gəl ki, ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat olan “iPhone” telefonunun davası gedirdi. Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı. Toyu “Buta Palace”da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım”, – deyə İ.Əlili boşanma hadisəsi haqda deyib.

Lakin vakil boşanan cütlüyün ad-soyadlarını açıqlamayıb. O, qısa müddətdə boşanma ilə nəticələnmiş dəbdəbəli toy mərasimində kimin qazancla çıxdığına da toxunub. Vəkilin sözlərinə görə, bu hadisədə qazanan tərəf həmin toyun baş tutduğu “Buta Palace” sarayı, orada çıxış edən müğənni Röya, “Natiq” Ritm qrupu, toy mərasiminin keçirildiyi zalı bəzmiş dekorasiya şirkəti, gəlini bəzəyən stilist Anar Ağakiyev olub: “Bir azca da mən və qalstuku aldığım geyim dükanının qazancı oldu”, – vəkil əlavə edib. İsrafil Əlili sonda boşananan ər-arvadın üstündə dava etdiyi “iPhone” telefonunun kimdə qaldığına da aydınlıq gətirib: “Bu davadan qalib çıxan vəkili mən olduğum tərəf – yəni, arvad oldu. “iPhone” cihazı bizdə qaldı”.

Dövlət Statistika Komitəsinin məlumatları Azərbaycanda boşanmaların sürətlə artdığını deməyə sas verir. Rəsmi statistika görə, bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri