Bakıda otelin qarşısında baş vermiş zəncirvari qəza kameraya düşdü ANBAAN VİDEO

13.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Səbail rayonunda baş vermiş zəncirvari qəza anbaan təhlükəsizlik kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 11-də saat 09:18 radələrində “Restart” otelin önündə qeydə alınıb. Videodan da göründüyü kimi, “Mitsubishi”, “Lixiang”, “Renault” və “KIA” markalı maşınlar bir-birinə çırpılıb. Şahidlərin iddiasına görə, qəzaya səbəb “Mitsubishi” sürücüsünün maşını park etmək üçün hərəkətdə olduğu zolaqdan anidən sola manevr etməsi olub. Nəticədə o, öncə həmin zolaqdakı avtomobillə toqquşub və ardınca hərəkətdə olan nəqliyyat vasitələri park edilmiş maşınlara dəyib. Hadisə zamanı hər dörd avtomobilə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью