Bakıda otelin qarşısında baş vermiş zəncirvari qəza kameraya düşdü ANBAAN VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Səbail rayonunda baş vermiş zəncirvari qəza anbaan təhlükəsizlik kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 11-də saat 09:18 radələrində “Restart” otelin önündə qeydə alınıb. Videodan da göründüyü kimi, “Mitsubishi”, “Lixiang”, “Renault” və “KIA” markalı maşınlar bir-birinə çırpılıb. Şahidlərin iddiasına görə, qəzaya səbəb “Mitsubishi” sürücüsünün maşını park etmək üçün hərəkətdə olduğu zolaqdan anidən sola manevr etməsi olub. Nəticədə o, öncə həmin zolaqdakı avtomobillə toqquşub və ardınca hərəkətdə olan nəqliyyat vasitələri park edilmiş maşınlara dəyib. Hadisə zamanı hər dörd avtomobilə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Nərmin
Baxış sayı:118
Bu xəbər 13 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















