Bakıda ötmə faciə ilə bitdi: 28 yaşlı sürücü öldü

07.09.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə sentyabrın 6-da saat 02:30 radələrində Sabunçu qəsəbəsi ərazisində, Olimpiya stadionunun yaxınlığında qeydə alınıb.

1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil eyni yaşda olan Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ötməyə çalışarkən ona toxunub.

Nəticədə “Hyundai” idarəetmədən çıxaraq aşıb və yolun kənarına düşüb. Qəza zamanı ağır xəsarət alan Ş.Məmmədov Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью