Bakıda ötmə faciə ilə bitdi: 28 yaşlı sürücü öldü
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə sentyabrın 6-da saat 02:30 radələrində Sabunçu qəsəbəsi ərazisində, Olimpiya stadionunun yaxınlığında qeydə alınıb.
1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil eyni yaşda olan Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ötməyə çalışarkən ona toxunub.
Nəticədə “Hyundai” idarəetmədən çıxaraq aşıb və yolun kənarına düşüb. Qəza zamanı ağır xəsarət alan Ş.Məmmədov Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Qəbələdə ağır qəza 28 yaşlı sürücü öldü KONKRET
26 Yanvar 2026 09:16
Bakıda moped divara çırpıldı 21 yaşlı sürücü öldü
16 Mart 2026 09:18
Bakıda avtoyumada faciə: 27 yaşlı oğlan öldü
19 Avqust 2025 13:51
Sürücü ötmə qaydasını pozdu Azyaşlı bacısı ÖLDÜ ANBAAN VİDEO
08 Oktyabr 2026 11:46
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ VİDEO
20 Oktyabr 2026 10:51
Baxış sayı:149
Bu xəbər 07 Sentyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















