Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. İki gündür davam edən güclü külək paytaxtın Nizami rayonunda avtomobillərə maddi ziyan vu
Avtosfer.az-ın məlumatına görə, külək səbəbilə kökündən qopan irigövdəli ağaclar avtomobillərin üzərinə aşıb.
Xoşagəlməz hadisə aprelin 15-də səhər saatlarında qeydə alınıb.
“Xalqlar Dostluğu” metrosu yaxınlığında qeydə alınmış görüntüdə ağac yaxınlıqda park edilmiş “Mercedes” markalı avtomobilin üstünə düşüb.
Nəticədə nəqliyyat vasitəsi sıradan çıxıb. Yaşayış ərazisində baş vermiş digər kadrda isə nəhəng ağac 10-LY-744 dövlət nömrə nişanlı “Honda”
Xoşbəxtlikdən hadisə zamanı nəqliyyat vasitələrində insan olmayıb.
Qeyd edək ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları müdaxilə edərək qopmuş ağacı avtomobilin üzərindən götürüblər.
Nərmin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.