Bakıda park edilmiş maşınlar nəhəng ağacların altında qalıb əzik əzik oldu VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
İki gündür davam edən güclü külək paytaxtın Nizami rayonunda avtomobillərə maddi ziyan vurub.
Avtosfer.az-ın məlumatına görə, külək səbəbilə kökündən qopan irigövdəli ağaclar avtomobillərin üzərinə aşıb. Xoşagəlməz hadisə aprelin 15-də səhər saatlarında qeydə alınıb. “Xalqlar Dostluğu” metrosu yaxınlığında qeydə alınmış görüntüdə ağac yaxınlıqda park edilmiş “Mercedes” markalı avtomobilin üstünə düşüb. Nəticədə nəqliyyat vasitəsi sıradan çıxıb. Yaşayış ərazisində baş vermiş digər kadrda isə nəhəng ağac 10-LY-744 dövlət nömrə nişanlı “Honda” markalı maşının üzərinə aşıb. Xoşbəxtlikdən hadisə zamanı nəqliyyat vasitələrində insan olmayıb.
Qeyd edək ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları müdaxilə edərək qopmuş ağacı avtomobilin üzərindən götürüblər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 16 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















