Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda ödənişli parklanma sistemi genişləndikcə avtomobildən istifadə edənlər üçün şəhər daxilində hərəkətin yalnız nəqliyyat deyil, həm də iqtisadi tərəfi ön plana çıxır. Parklanmaya görə ödənilən məbləğ sürücünün hansı əraziyə getmək qərarına, avtomobillə şəhər mərkəzinə daxil olmaq istəyinə və hətta alış-veriş seçimlərinə təsir göstərə bilər.
Parkinq xərcləri şəhər iqtisadiyyatını dəyişir? Ödənişli parklanmanın genişlənməsi insanların avtomobildən istifadə qərarına və şəhər daxilində alış-verişə necə təsir edir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib ki, əvvəllər parklanma sistemi lazımi səviyyədə idarə olunmurdu.
Onun sözlərinə görə, hazırda şəhərdə parklanma məsələsi getdikcə çətinləşir.
"Bugünkü gündə parklanma sahələri üçün ayrılan ərazilərin sahəsini avtomobillərin sayına nisbətdə qiymətləndirsək, ciddi fərqin olduğunu görərik. Yəni bu gün şəhərdə parklanma ərazilərinə ciddi ehtiyac var. Biz bunu necə təmin edə bilərik? Bu məsələni müxtəlif yollarla həll etmək mümkündür. Daha doğrusu, bunun üçün bir neçə üsul var. Birinci növbədə, hər kəsin bildiyi ənənəvi üsul parklanma ərazilərinin genişləndirilməsidir. Amma bu, öz-özlüyündə məsələnin tam həlli deyil. Parklanma ərazilərinin sahəsini genişləndirməkdənsə, parklanma obyektlərinin tutumunu artırmaq lazımdır. Yəni bir neçə mərtəbəli parkinqlərin yaradılmasına ehtiyac var. Bundan əlavə, müasir və innovativ sistemin yaradılmasına ehtiyac var ki, insanlar harada boş parklanma yeri olduğunu rahat şəkildə müəyyənləşdirə bilsinlər. Bunun üçün praktik həllər tətbiq etmək olar. Yəni vaxt itirmədən harada boş parklanma yeri olduğunu müəyyənləşdirib avtomobili həmin əraziyə yönəltmək mümkün olmalıdır", - ekspert bildirb.
O, əlavə edib ki, digər bir məsələ isə parklanmanın daha əlçatan və rahat olması üçün sosial yönümlü həllərin tətbiqidir.
"Pulsuz və ya güzəştli parklanma imkanları da olmalıdır. Sosial cəhətdən həssas ailələr, aztəminatlı ailələr, əlilliyi olan şəxslər və digər sosial qrupları əhatə edə biləcək parklanma sisteminin yaradılması zəruridir. Bunlar olduqda biz müasir parklanma, şəhərsalma və infrastrukturdan söhbət edə bilərik. Amma bu məsələ həll olunmamış problem kimi gələcək nəslə ötürülməməlidir. Müasir problemləri gələcək nəsillərə ötürsək, artıq şəhər infrastrukturunun əlçatanlığını, hərəkət imkanlarını və insan yönümlülüyünü itirmiş olarıq. Ona görə də biz bu məsələlərdə uzunmüddətli və davamlı həll yollarına diqqət ayırmalı, resursları bu istiqamətə yönəltməliyik. Beləliklə, bu problemlər uzunmüddətli perspektivdə həllini tapa bilər", – deyə nəqliyyat eksperti fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Parkinq xərcləri şəhər iqtisadiyyatını dəyişir? Ödənişli parklanmanın genişlənməsi insanların avtomobildən istifadə qərarına və şəhər daxilində alış-verişə necə təsir edir?