Bakıda Rusiya və Suriya kəşfiyyatının nümayəndələri arasında görüş olub

25.04.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən həftə Azərbaycanda Rusiya və Suriyanın kəşfiyyat xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin açıqlayıb.

“Ötən həftə Bakıda Əfqanıstanla bağlı konfrans baş tutdu. Bu tədbirdə Yaxın Şərq, Böyük Avrasiya ölkələrinin yüksəksəviyyəli nümayəndələri iştirak etdi. Orada Suriyanın xüsusi xidmət orqanının rəhbər şəxslərindən biri də vardı və onunla çox konstruktiv və səmimi görüş oldu”, - deyə Narışkin bildirib. 

Qeyd edilib ki, S.Narışkin aprelin 17-18-də sözügedən konfransda iştirak etmək üçün Bakıda səfərdə olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью