Bakıda Rusiya və Suriya kəşfiyyatının nümayəndələri arasında görüş olub
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən həftə Azərbaycanda Rusiya və Suriyanın kəşfiyyat xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin açıqlayıb.
“Ötən həftə Bakıda Əfqanıstanla bağlı konfrans baş tutdu. Bu tədbirdə Yaxın Şərq, Böyük Avrasiya ölkələrinin yüksəksəviyyəli nümayəndələri iştirak etdi. Orada Suriyanın xüsusi xidmət orqanının rəhbər şəxslərindən biri də vardı və onunla çox konstruktiv və səmimi görüş oldu”, - deyə Narışkin bildirib.
Qeyd edilib ki, S.Narışkin aprelin 17-18-də sözügedən konfransda iştirak etmək üçün Bakıda səfərdə olub.
Bu mövzuda digər xəbərlər:İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək
30 İyul 2025 19:35
Bakıda Azərbaycan və Rusiya Baş nazirləri arasında görüş olub
13 Noyabr 2024 17:58
Sabah Bakıda Suriya və İsrail rəsmiləri arasında görüş keçiriləcək
30 İyul 2025 19:49
Suriya İsrail arasında görüş Bakıda baş tuta bilər
17 Sentyabr 2025 09:09
KİV: Suriya və İsrail nümayəndələri Bakıda görüşəcək
17 Sentyabr 2025 08:29
Baxış sayı:102
Bu xəbər 25 Aprel 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















