Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Qaradağ rayonunda 50 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 12-də baş verib. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Fərid həmin gün saat 17 radələrində alkoqol sərxoşluq altında yaşadıqları evdə arvadı Mədinə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı əli ilə bir neçə dəfə arvadının sifətinə şillə ilə vurub. Sonra onun ayağından tutaraq özünə tərəf çəkib, onu əyləşdiyi çarpayıdan yerə yıxaraq bel nahiyəsində hərəkət məhdudiyyəti ilə müşayiət olunan xəsarətlər yetirib.
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə ifadə verən Fəridin sözlərinə görə, spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə qayıdıb: “Arvadım ilə aramızda yaranan mübahisə zamanı əlim ilə bir iki dəfə onu vurdum. Bu hadisəni görən qızım qorxaraq polisə məlumat verib. Bundan sonra polislər gəldi”.
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, on doqquz ildir Mədinə ilə rəsmi nikah əsasında ailə həyatı qurub: “Bu nikahdan iki övladımız olub. Son dövrdə ailə münasibətlərimizdə müəyyən gərginliklar yarandı. Bu səbəbdən aramızda fikir ayrılıqları, qarşılıqlı anlaşılmazlıqlar, maddi və mənəvi çətinliklər səbəbilə münasibətlərdə soyuqluq yarandı. Bu gərginliklər zaman-zaman mübahisələrimizin yaranmasına səbəb oldu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 12-də, saat 17 radələrində spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gəlib: “Həmin vaxt evdə arvadım və böyük qızım olub. Sərxoş halda evə gəlməyimi arvadım narazılıqla qarşıladı və aramızda sözü mübahisə baş verdi. Sözlə mübahisə zamanı əsəblərim daha da şidətləndi. Əsəbi vəziyyətdə arvadımın sifətinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə əlim ilə zərbə endirdi. Hadisənin bir başa şahidi böyük qızımız olub. O, baş verənlərdən dərhal sonra təşviş və qorxu içində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdi”.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Fərid 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan başqa, bu müddət ərzində onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 12-də baş verib. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Fərid həmin gün saat 17 radələrində alkoqol sərxoşluq altında yaşadıqları evdə arvadı Mədinə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı əli ilə bir neçə dəfə arvadının sifətinə şillə ilə vurub. Sonra onun ayağından tutaraq özünə tərəf çəkib, onu əyləşdiyi çarpayıdan yerə yıxaraq bel nahiyəsində hərəkət məhdudiyyəti ilə müşayiət olunan xəsarətlər yetirib.