Icma.az
close
up
RU
Bakıda sərxoş kişi arvadını döyüb, şikəst etdi TƏFƏRRÜAT

Bakıda sərxoş kişi arvadını döyüb, şikəst etdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Qaradağ rayonunda 50 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 12-də baş verib. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Fərid həmin gün saat 17 radələrində alkoqol sərxoşluq altında yaşadıqları evdə arvadı Mədinə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı əli ilə bir neçə dəfə arvadının sifətinə şillə ilə vurub. Sonra onun ayağından tutaraq özünə tərəf çəkib, onu əyləşdiyi çarpayıdan yerə yıxaraq bel nahiyəsində hərəkət məhdudiyyəti ilə müşayiət olunan xəsarətlər yetirib. 
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə ifadə verən Fəridin sözlərinə görə, spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə qayıdıb: “Arvadım ilə aramızda yaranan mübahisə zamanı əlim ilə bir iki dəfə onu vurdum. Bu hadisəni görən qızım qorxaraq polisə məlumat verib. Bundan sonra polislər gəldi”. 
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, on doqquz ildir Mədinə ilə rəsmi nikah əsasında ailə həyatı qurub: “Bu nikahdan iki övladımız olub. Son dövrdə ailə münasibətlərimizdə müəyyən gərginliklar yarandı. Bu səbəbdən aramızda fikir ayrılıqları, qarşılıqlı anlaşılmazlıqlar, maddi və mənəvi çətinliklər səbəbilə münasibətlərdə soyuqluq yarandı. Bu gərginliklər zaman-zaman mübahisələrimizin yaranmasına səbəb oldu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 12-də, saat 17 radələrində spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gəlib: “Həmin vaxt evdə arvadım və böyük qızım olub. Sərxoş halda evə gəlməyimi arvadım narazılıqla qarşıladı və aramızda sözü mübahisə baş verdi. Sözlə mübahisə zamanı əsəblərim daha da şidətləndi. Əsəbi vəziyyətdə arvadımın sifətinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə əlim ilə zərbə endirdi. Hadisənin bir başa şahidi böyük qızımız olub. O, baş verənlərdən dərhal sonra təşviş və qorxu içində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdi”.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Fərid 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa, bu müddət ərzində onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri