Bakıda ŞOK CİNAYƏT: sevgilisini küçədə öldürdü HADİSƏ ANI | Icma.az
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır. CİNAYƏT İŞİ Qısa arayış...
2024-cü il aprelin 20-də Bakının Xətai rayonunda 2002-ci il təvəllüdlü Elnarə Cabbarova qətlə yetirilir.
Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır.
Məlum olub ki, hadisə Xudu Məmmədov küçəsindəki 13 nömrəli evin qarşısında baş verib.
Həmin gün Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, səhər saat 7 radələrində Xətai rayonu ərazisində Elnarə Cabbarovanın öldürülməsi barədə 36-cı Polis Bölməsinə məlumat daxil olub.
Cinayəti törədən Xaçmaz rayon sakini 2003-cü il təvəllüdlü Səbuhi Qurbətov hadisədən sonra bıçaqla özünə xəsarət yetirərək, xəstəxanaya yerləşdirilib.Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisədən 10 gün sonra rayon məhkəməsinin qərarı ilə Səbuhi Qurbətovun barəsində həbs qətimkan tədbiri seçilib.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.İstintaqla müəyyən edilib ki, Səbuhi Qurbətov sevgi münasibətləri pozulan Elnarə Cabbarova ilə barışıb, yenidən bir yerdə yaşamaqlarına onu razı salmaq istəyib.
Tam oxu
Xəbəri oxu