Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Bakıda ŞOK CİNAYƏT: sevgilisini küçədə öldürdü HADİSƏ ANI

Bakıda ŞOK CİNAYƏT: sevgilisini küçədə öldürdü HADİSƏ ANI

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il aprelin 20-də Bakının Xətai rayonunda 2002-ci il təvəllüdlü Elnarə Cabbarova qətlə yetirilir. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olub ki, hadisə Xudu Məmmədov küçəsindəki 13 nömrəli evin qarşısında baş verib.

Həmin gün Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, səhər saat 7 radələrində Xətai rayonu ərazisində Elnarə Cabbarovanın öldürülməsi barədə 36-cı Polis Bölməsinə məlumat daxil olub. Cinayəti törədən Xaçmaz rayon sakini 2003-cü il təvəllüdlü Səbuhi Qurbətov hadisədən sonra bıçaqla özünə xəsarət yetirərək, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Hadisədən 10 gün sonra rayon məhkəməsinin qərarı ilə Səbuhi Qurbətovun barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Səbuhi Qurbətov sevgi münasibətləri pozulan Elnarə Cabbarova ilə barışıb, yenidən bir yerdə yaşamaqlarına onu razı salmaq istəyib. Bu məqsədlə aprelin 20-də Xudu Məmmədov küçəsindəki 13 saylı binanın qarşısına gəlib. Elnarə Cabbarova onunla barışmayacağını bildirəndə, Səbuhi üzərində gəzdirdiyi açılıb-qatlanan bıçaqla qadının döş qəfəsinə və digər nahiyələrinə ümumilikdə 18 dəfə zərbə endirib. O, həmçinin xuliqanlıq əməlinin qarşısını almağa çalışan Qızqayıt Məmmədlinin sağ qoluna da bir dəfə zərbə vuraraq, qızı yaralayıb. Nəticədə Elnarə Cabbarovanı xüsusi amansızlıqla öldürüb.


Məhkəmə iclasında Səbuhi Qurbətov ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki, Elnarə Cabbarova ilə 2023-cü il noyabrın 29-da tanış olub. Elnarənin əsl adının Dəniz olmasını yalnız hadisədən sonra bilib:

“Mən Nərimanov rayonunda yerləşən Pub-Restoranı icarə əsasında işlədən zaman, ofisiant işi axtaran Elnarə mənə müraciət etdi. Qadın işləməyə başlayandan bir müddət sonra aramızda sevgi münasibəti yarandı, birlikdə yaşamağa qərar verərək Xətai rayonun Vunqtau küçəsində kirayə tutduğum mənzilə köçdük. 3-4 aydan sonra Elnarə başqa restoranda işləməyə başladı. 2024-cü il martın 30-da onunla mübahisə edərək, ayrıldıq. Aprelin 20-i saat 5-də Elnarəni görmək üçün işlədiyi restoranın qarşısına getdim.

Təxminən saat 6 radələrində Elnarə Qızqayıt adlı rəfiqəsi ilə birlikdə işdən çıxdı. Onlarla piyada “N.Nərimanov” metrostansiyasına daxil olduq və qatarla “Həzi Aslanov” stansiyasına gəldik. Ordan çıxıb, Qızqayıtın Xudu Məmmədov küçəsində yaşadığı evin qarşısına çatdıq. Barışmaq istədiyimi söyləyəndə, Elnarə ayrılan zaman onun əşyalarını küçəyə tulladığım üçün ünvanıma nalayiq ifadələr işlətdi. Buna görə, əsəbləşərək bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə xatırlamadığım sayda zərbələr endirdim. Qızqayıt qışqıraraq, bizi ayırmaq istəyirdi, mane olmasın deyə onu da bıçaqla qolundan vurdum. Elnarəni bıçaqlayandan sonra özümün sinəmə zərbə endirdim və huşumu itirərək, yerə yıxıldım”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Şəfiqə Cabbarova ifadəsində göstərib ki, 2020-ci ildə Elnarə Cabbarova rəsmi nikaha daxil olmadan Kamran adlı şəxslə ər-arvad kimi yaşayıb. 5-6 aydan sonra ayrılıblar:

“2022-ci ildən Bakıya köçüb müxtəlif rəfiqələrinin yanında yaşayaraq, kafe və restoranlarda ofisiant işləyirdi. 2024-cü ilin mart ayında Elnarə Elmir adlı oğlanla tanış olduğunu, həmin şəxsin onunla evlənmək istədiyini söylədi. Aprelin 20-də Xətai rayon Polis İdarəsinin əməkdaşı zəng edərək, qızımın xəstəxanada olduğunu və təcili Bakıya gəlməyimi dedi. Məhkəmə-tibbi ekspertiza şöbəsinin qarşısında polislər mənə bildirdilər ki, Səbuhi adlı şəxs Elnarəni öldürüb. O zaman öyrəndim ki, özünü Elmir kimi təqdim edən şəxsin əsl adı Səbuhidir”.


Zərərçəkmiş Qızqayıt Məmmədli ifadəsində göstərib ki, 2024-cü ilin fevral ayından Elnarə Cabbarova onun işlədiyi pab-restoranda işə götürülüb və özünü Dəniz adı ilə təqdim edib:

“Baş vermiş hadisədən təxminən 20 gün əvvəl Elnarə mənə demişdi ki, Elmir adlı sevgilisi onunla pis rəftar etdiyinə görə ayrılıblar. Elmir bir neçə dəfə iş yerimizin qarşısına gələrək Elnarə ilə barışmaq istədiyini, əks halda onu öldürəcəyini bildirmişdi. Lakin Elnarə onun sözlərini ciddi qəbul etmirdi. Xatırlamadığım tarixdə Elmir obyektə gələrək cibində 10.000 manat pul olduğunu söylədi və onun masasına məhz Elnarənin xidmət etməyini istədi. Lakin, müdiriyyət buna icazə vermədiyindən həmin şəxsin masasına mən xidmət etdim. Elmirdən ayrılandan sonra Elnarə mənimlə bir yerdə qalırdı.

Aprelin 19-da iş vaxtımız həmişəki kimi saat 17-də başladı və ayın 20-i səhər saat 6 radələrində qurtardı. Elnarə ilə birlikdə işdən çıxarkən Elmir bizə yaxınlaşıb, “Nərimanov”dan “H.Aslanov” stansiyasına gələnə kimi, yol boyu Elnarəyə barışıb, yanına qayıtmasını dedi. Binanın qarşısında Elmir bıçaqla Elnarəyə zərbələr vurmağa başladı, yerə yıxılsa da, rəfiqəmə xəsarətlər yetirməkdə davam etdi. Köməklik etmək istəyərkən atdığı bıçaq zərbəsi sağ biləyimə dəydi. Sonra Elmir bir anlıq dayanıb bıçaqla özünün sinəsinə zərbə vurdu. Bir neçə addım atıb Elnarənin yaxınlığında yerə yıxıldı. Bıçaq əlindən düşərək, hadisə yerində qaldı. Qışqırıq səsimə idman geyimində olan bir yeniyetmə oğlan gəldi. Həmin şəxs 102 xidmətinə və Təcili Yardıma zəng edib hadisə barədə məlumat verdi. Tibbi yardım briqadası Elnarə və Elmiri xəstəxanaya apardı. Polis şöbəsində olanda Elnarənin yolda öldüyünü bildim”.

Zərərçəkmiş qeyd edib ki, Səbuhi Qudrətovun, Elnarə Cabbarovanın onun ünvanına nalayiq ifadələr işlətməsi haqda verdiyi ifadəsi tamamı ilə yalandır.
Prokuror Səbuhi Qurbətova 19 il 6 ay cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi Şəfiqə Cabbarova və zərərçəkmiş Qızqayıt Məmmədli təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş ediblər. Səbuhi Qurbətov məhkəmədən heç bir xahişinin olmamasını bildirib.
Məhkəmə hesab edib ki, Səbuhi Qurbətovun təqsirli olması özünün qismən etiraf edici, zərərçəkmişin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, hadisə yerinə baxış protokolları, ekspertiza rəyləri və iş materialında olan digər sənədlərlə tam sübuta yetirilib. O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Səbuhi Qurbətov 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:349
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Fevral 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri