Bakıda sürət qatarından istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR | Icma.az
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində bir sıra iri həcmli dəmir yolu layihələr reallaşacaq.
BAKU.WS-in məlumatına görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Zabrat−Maştağa−Bağlar və Yeni Suraxanı−Hövsan dəmir yolu xətlərinin yenidən qurulması, sərnişindaşıma imkanlarının artırılması və yeni dayanacaqların istifadəyə verilməsi nəzərdə tutulur.
Zabrat−Maştağa−Bağlar dəmir yolu xəttinin yenidən qurulması Bu layihə 2028–2030-cu illəri əhatə edir və Azərbaycan Dəmir Yolları QSC (ADY) də daxil olmaqla, bir neçə dövlət qurumunun iştirakı ilə həyata keçiriləcək.
Layihə çərçivəsində xəttin elektrik təchizatı və rabitə-işarəvermə sistemləri yenilənəcək, yeni dayanacaqlar inşa ediləcək və sərnişindaşıma imkanları genişləndiriləcək.
Müvafiq layihə-smeta sənədləri və icra qrafiki hazırlandıqdan sonra yenidənqurma işlərinə başlanacaq və sonda xəttin tam bərpası təmin ediləcək.
Yeni Suraxanı−Hövsan dəmir yolu xəttinin modernizasiyası 2026–2027-ci illərdə icrası planlaşdırılan bu layihə çərçivəsində dəmir yolu xəttinin elektrik təchizatı sistemi yenilənəcək, dəyişən cərəyan dartı sisteminə keçid həyata keçiriləcək.
Bu dəyişiklik xəttin qatarburaxma qabiliyyətini artıracaq, sərnişindaşıma xidmətlərinin keyfiyyətini yüksəldəcək və yeni dayanacaqların istifadəyə verilməsi ilə nəticələnəcək.
Tam oxu
Xəbəri oxu