Icma.az
close
up
RU
Bakıda sürət qatarından istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR

Bakıda sürət qatarından istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində bir sıra iri həcmli dəmir yolu layihələr reallaşacaq.

BAKU.WS-in məlumatına görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Zabrat−Maştağa−Bağlar və Yeni Suraxanı−Hövsan dəmir yolu xətlərinin yenidən qurulması, sərnişindaşıma imkanlarının artırılması və yeni dayanacaqların istifadəyə verilməsi nəzərdə tutulur.

Zabrat−Maştağa−Bağlar dəmir yolu xəttinin yenidən qurulması

Bu layihə 2028–2030-cu illəri əhatə edir və Azərbaycan Dəmir Yolları QSC (ADY) də daxil olmaqla, bir neçə dövlət qurumunun iştirakı ilə həyata keçiriləcək. Layihə çərçivəsində xəttin elektrik təchizatı və rabitə-işarəvermə sistemləri yenilənəcək, yeni dayanacaqlar inşa ediləcək və sərnişindaşıma imkanları genişləndiriləcək. Müvafiq layihə-smeta sənədləri və icra qrafiki hazırlandıqdan sonra yenidənqurma işlərinə başlanacaq və sonda xəttin tam bərpası təmin ediləcək.

Yeni Suraxanı−Hövsan dəmir yolu xəttinin modernizasiyası

2026–2027-ci illərdə icrası planlaşdırılan bu layihə çərçivəsində dəmir yolu xəttinin elektrik təchizatı sistemi yenilənəcək, dəyişən cərəyan dartı sisteminə keçid həyata keçiriləcək. Bu dəyişiklik xəttin qatarburaxma qabiliyyətini artıracaq, sərnişindaşıma xidmətlərinin keyfiyyətini yüksəldəcək və yeni dayanacaqların istifadəyə verilməsi ilə nəticələnəcək.

Yeni sərnişin qatarlarının alınması

Daha rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin təmin edilməsi məqsədilə 2025–2030-cu illərdə ümumilikdə 20 yeni sərnişin qatarı alınacaq. Layihənin ilkin mərhələsində 10 ədəd qatar istismara veriləcək, növbəti mərhələdə isə daha 10 qatar xəttə buraxılacaq. Bu, sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, dəmir yolunun ümumi yükünü azaltmağa və hərəkətin intensivliyini artırmağa kömək edəcək.

Bu yeniliklər Bakı şəhərinin Baş Planına uyğun olaraq reallaşdırılacaq və paytaxtın nəqliyyat sistemində mühüm irəliləyişlərə səbəb olacaq. Modernizasiya layihələri həm ekoloji dayanıqlılığın artırılmasına, həm də sərnişinlər üçün rahat və əlçatan nəqliyyat xidmətlərinin genişləndirilməsinə töhfə verəcək.

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri