Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Yasamal rayonu ərazisində sürücülərin narazılığına səbəb olan yol xətlənməsində dəyişiklik edilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd olunub ki, sürücülərin daha çox cərimələndiyi Cəfər Cabbarlı küçəsindəki yol xətlənməsi yenilənib.
Belə ki, Bakıxanov küçəsindən köməkçi yolla körpünün altından metronun "Nizami" stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan yolda əvvəllər 1.11 nişanlanma xətti olub. Sürücülərin cərimələnməsinə səbəb olan həmin xətt silinərək əvəzinə 1.7 nişanlanma xətti çəkilib.
Beləliklə, dəyişiklikdən sonra həmin kəsişməyə daxil olan sürücülərin əvvəlki xətlənmənin tələblərini pozduqlarına görə cərimələnməsi məsələsi aradan qalxıb.
Baku.tvhttps://baku.tv/embed/284449