Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Yasamal rayonu ərazisində sürücülərin narazılığına səbəb olan yol xətlənməsində dəyişiklik edilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd olunub ki, sürücülərin daha çox cərimələndiyi Cəfər Cabbarlı küçəsindəki yol xətlənməsi yenilənib.
Belə ki, Bakıxanov küçəsindən köməkçi yolla körpünün altından metronun "Nizami" stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan yolda əvvəllər 1.11 nişanlanma xətti olub. Sürücülərin cərimələnməsinə səbəb olan həmin xətt silinərək əvəzinə 1.7 nişanlanma xətti çəkilib.
Beləliklə, dəyişiklikdən sonra həmin kəsişməyə daxil olan sürücülərin əvvəlki xətlənmənin tələblərini pozduqlarına görə cərimələnməsi məsələsi aradan qalxıb.
Baku.tvhttps://baku.tv/embed/284449
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 17 Noyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















