Bakıda tarixi gün: millimiz final matçına çıxır

01.06.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün minifutbol üzrə dünya çempionatına yekun vurulacaq.

Globalinfo.az xəbər verir ki, günün ilk matçında bürünc medal uğrunda mübarizədə Monteneqro seçməsi ilə Serbiya millisi üz-üzə gələcək.

Dünya çempionu isə saat 20:00-da start götürəcək final matçından sonra məlum olacaq. Milli komandamız doğma azarkeşlər önündə Macarıstan seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinal mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub edib, Macarıstan seçməsi isə Serbiya ilə 0:0 hesablı heç-heçədən sonra penaltilər seriyasında (3:1) qalib gələrək adını finala yazdırıb.

1 iyun

Minifutbol üzrə dünya çempionatı

Üçüncü yer uğrunda mübarizə

Saat 18:00, Monteneqro – Serbiya.

Final

Saat 20:00, Azərbaycan – Macarıstan.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью