Bakıda tarixi gün: millimiz final matçına çıxır
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün minifutbol üzrə dünya çempionatına yekun vurulacaq.
Globalinfo.az xəbər verir ki, günün ilk matçında bürünc medal uğrunda mübarizədə Monteneqro seçməsi ilə Serbiya millisi üz-üzə gələcək.
Dünya çempionu isə saat 20:00-da start götürəcək final matçından sonra məlum olacaq. Milli komandamız doğma azarkeşlər önündə Macarıstan seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinal mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub edib, Macarıstan seçməsi isə Serbiya ilə 0:0 hesablı heç-heçədən sonra penaltilər seriyasında (3:1) qalib gələrək adını finala yazdırıb.
1 iyun
Minifutbol üzrə dünya çempionatı
Üçüncü yer uğrunda mübarizə
Saat 18:00, Monteneqro – Serbiya.
Final
Saat 20:00, Azərbaycan – Macarıstan.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 01 İyun 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















