Bakıda tıxaca qarşı YENİ PLAN | Icma.az
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının aradan qaldırılması uzun müddətdir ki, ictimai müzakirələrin əsas mövzularından biridir.
Xüsusilə də günün pik saatlarında müşahidə olunan tıxaclar və ictimai nəqliyyatda yaşanan sərnişin sıxlığı bu müzakirələrin intensivliyinə zəmin yaradır.Bizim.Media xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində bu istiqamətdə müvafiq addımlar atılması nəzərdə tutulur.Proqramın əsas məqsədi nəqliyyat sisteminin daha effektiv fəaliyyətini təmin etmək və şəhər daxilindəki yükü azaltmaqdır.Yeni proqram çərçivəsində bir sıra dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafik əsasında təşkil olunması nəzərdə tutulur.Yəni qurumlar üçün vahid işə başlama və bitirmə saatı deyil, fərqli vaxtlarda işəgəlmə və işdən çıxma saatlarının tətbiqi planlaşdırılır.
Mütəxəssislər hesab edirlər ki, bu addım pik saatlarda nəqliyyat sıxlığının azalmasına səbəb olacaq və ictimai nəqliyyat sistemində yükü azaldacaq.Bundan əlavə, proqramda bəzi dövlət və özəl müəssisələrində distant (uzaqdan) iş rejiminin tətbiqi də təklif olunur.
Bəzi mütəxəssislərin fikrincə, pandemiya dövründə səmərəliliyi sübut olunmuş bu model, səhər və axşam saatlarında ictimai nəqliyyatdan istifadəni bir qədər də azaltmağa kömək edə bilər.Lakin proqramın tətbiq mexanizmləri ilə bağlı bəzi suallar hələ də açıq qalır.Mövzu ilə bağlı bütün müvafiq qurumlara sorğu ünvanlasaq da, konkret cavab əldə etmək mümkün olmayıb.
Bildirilib ki, məsələ ilə bağlı Nazirlər Kabinetində müvafiq işlər aparılır.
Nazirlər Kabinetinə ünvanladığımız sorğuya isə hələlik cavab verilməyib.Fərqli iş saatı qrafikinin tətbiqi ilə bağlı yaranan suallardan biri də bu sistemə keçid olduğu halda iş vaxtının uzadılması və ya qısaldılmasının baş verib-verməyəcəyi, bunun nə dərəcədə real olması məsələsidir.İqtisadçı Vüqar Bayramov oxu.az-a açıqlamasında məsələyə dair qeyd edib ki, fərqli iş saatı qrafikinin tətbiqi vacibdir."Biz inkişaf etmiş ölkələrə, xüsusən də Avropa ölkələrinə diqqət yetirsək, məhz həmin ölkələrdə dövlət qurumları, özəl sektor, hətta xidmət sektoru üzrə fərqli iş saatlarının tətbiq olunduğunu görərik.Hesab edirəm ki, Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsi məqsədəuyğundur.
Çünki bu, yollardakı tıxacın və sıxlığın aradan qaldırılması baxımından vacibdir.
Tam oxu
Xəbəri oxu