Icma.az
close
up
RU
Bakıda tıxaca qarşı YENİ PLAN

Bakıda tıxaca qarşı YENİ PLAN

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının aradan qaldırılması uzun müddətdir ki, ictimai müzakirələrin əsas mövzularından biridir. Xüsusilə də günün pik saatlarında müşahidə olunan tıxaclar və ictimai nəqliyyatda yaşanan sərnişin sıxlığı bu müzakirələrin intensivliyinə zəmin yaradır.
Bizim.Media xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində bu istiqamətdə müvafiq addımlar atılması nəzərdə tutulur.
Proqramın əsas məqsədi nəqliyyat sisteminin daha effektiv fəaliyyətini təmin etmək və şəhər daxilindəki yükü azaltmaqdır.
Yeni proqram çərçivəsində bir sıra dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafik əsasında təşkil olunması nəzərdə tutulur.
Yəni qurumlar üçün vahid işə başlama və bitirmə saatı deyil, fərqli vaxtlarda işəgəlmə və işdən çıxma saatlarının tətbiqi planlaşdırılır. Mütəxəssislər hesab edirlər ki, bu addım pik saatlarda nəqliyyat sıxlığının azalmasına səbəb olacaq və ictimai nəqliyyat sistemində yükü azaldacaq.
Bundan əlavə, proqramda bəzi dövlət və özəl müəssisələrində distant (uzaqdan) iş rejiminin tətbiqi də təklif olunur. Bəzi mütəxəssislərin fikrincə, pandemiya dövründə səmərəliliyi sübut olunmuş bu model, səhər və axşam saatlarında ictimai nəqliyyatdan istifadəni bir qədər də azaltmağa kömək edə bilər.
Lakin proqramın tətbiq mexanizmləri ilə bağlı bəzi suallar hələ də açıq qalır.
Mövzu ilə bağlı bütün müvafiq qurumlara sorğu ünvanlasaq da, konkret cavab əldə etmək mümkün olmayıb. Bildirilib ki, məsələ ilə bağlı Nazirlər Kabinetində müvafiq işlər aparılır. Nazirlər Kabinetinə ünvanladığımız sorğuya isə hələlik cavab verilməyib.
Fərqli iş saatı qrafikinin tətbiqi ilə bağlı yaranan suallardan biri də bu sistemə keçid olduğu halda iş vaxtının uzadılması və ya qısaldılmasının baş verib-verməyəcəyi, bunun nə dərəcədə real olması məsələsidir.
İqtisadçı Vüqar Bayramov oxu.az-a açıqlamasında məsələyə dair qeyd edib ki, fərqli iş saatı qrafikinin tətbiqi vacibdir.
"Biz inkişaf etmiş ölkələrə, xüsusən də Avropa ölkələrinə diqqət yetirsək, məhz həmin ölkələrdə dövlət qurumları, özəl sektor, hətta xidmət sektoru üzrə fərqli iş saatlarının tətbiq olunduğunu görərik.
Hesab edirəm ki, Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu, yollardakı tıxacın və sıxlığın aradan qaldırılması baxımından vacibdir. Dövlət proqramına əsasən gözlənilir ki, işə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq. Bu isə o deməkdir ki, standart 09-00-18:00 arası iş rejimi tətbiq olunmayacaq. Amma bu, iş vaxtının uzadılması və ya qısaldılması anlamına yox, sadəcə iş vaxtlarının dəyişdirilməsi anlamına gəlir. Sözsüz ki, Əmək Məcəlləsinə uyğun olaraq səkkiz saatlıq iş rejimi öz qüvvəsində qalacaq", - deyə V. Bayramov vurğulayıb.
Müvafiq qurumlardan sorğumuza cavab ala bilmədiyimiz üçün daha bir sual açıq olaraq qalır: 2025-ci ilin sonuna kimi bu mexanizmlərin tətbiq olunması nə dərəcədə real görünür?
Ekspertlərin ehtimalları nədir?
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə fərqli iş saatı qrafikinin tətbiqinin ilin sonuna kimi tətbiq oluna biləcəyini vurğulayıb:
 

"2025-2026-cı illər ərzində təhlillər aparılmalı, müvafiq siyahıların təsdiq olunması həyata keçirilməli və bu siyahılara uyğun dəyişkən iş rejiminin tətbiq olunması həyata keçirilməli idi. Düşünürəm ki, burada çətin bir məsələ yoxdur və bu proses ilin sonuna kimi reallaşa bilər. Sadəcə iş rejiminin dəyişdirilməsi məsələsində çətinlik təhsil müəssisələri ilə bağlı yaranacaq. Düşünürəm ki, onlar üçün iş rejiminin - qrafiklərin, proqramın dəyişdirilməsi bir qədər çətin ola bilər, amma onu sonrakı mərhələdə də həyata keçirmək mümkündür. İlkin mərhələdə isə iş rejiminin dəyişdirilməsinə hansı qurumlar, hansı özəl şirkətlər daha tez adaptasiya olunarsa, onlar artıq keçə bilərlər", - deyə E. Cəfərov bildirib.


Göründüyü kimi, hazırda proqramın nə vaxt və hansı mərhələlərlə həyata keçiriləcəyini diqqət mərkəzindədir. Aydın olan odur ki, paytaxtın nəqliyyat infrastrukturunda dəyişikliklərə ehtiyac var və problemlərin aradan qaldırılmasına üçün sistemli yanaşmaların mümkün qədər tez tətbiq olunması vacibdir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Oktyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri