Bakıda tramvay şəbəkəsinin hansı əraziləri əhatə edəcəyi məlum olub

31.01.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bakının Baş Planında 2040-cı ilədək nəzərdə tutulan tramvay şəbəkəsinin hansı əraziləri əhatə edəcəyi məlum olub.

Bu haqda “Sherg”az”a nəqliyyat və logistika məsələləri üzrə müəxəssis Rauf Ağamirzəyev bildirdi. O, qeyd etdi ki, tramvay şəbəkəsinin iki versiyası hazılanıb. Bunlardan biri Bakının Baş Planı, digəri isə Dövlət Proqramı çərçivəsində hazırlanmış plandır: 

- Fərqli görünsə də mahiyyət çox oxşardır. “Şah damar” şimal-cənub xətti Azadlıq prospekti boyunca gedən xətdir. Yeni versiyada Binəqədidən Mehdiabada kimi uzadılır, sonrakı mərhələdə isə Pirşağıya və Sea Breeze-ə (orada böyük daimi əhali olanda xətt aktual olacaq). Baş planda Binəqədidən Pirşağıya dəmiryol xətti var idi və belə çıxır ki, dəmiryol xətti tramvay xətti ilə əvəz ediləcək. Doğrusu sıx məskunlaşmış ərazidə ağır dəmiryol xəttinin tikintisini təsəvvür edə bilmirəm, ancaq estakadalarda ola bilərdi. Başqa dəyişiklik budur ki, Atatürk prospektindən Port Baku-ya gedən xətt ixtisara düşüb. Yeri gəlmişkən, bu xəttin cənub hissəsində metronun bənövşəyi xəttin B6b stansiyası olacaq. Sözün düzü, ilk iki xətt bir-birinə alternativdir. Mərkəzi Ağ Şəhər xətti də faktiki olacaq qalır, sadəcə metronun Həzi Aslanov stansiyasına kimi uzadılır. Bayıl xəttində demək olar ki, dəyişiklik yoxdur. Dərnəgül xətti isə tam olaraq dəyişir. Yeni planda xətt dövlət proqramı çərçivəsində tikiləcək Mehdiabad-Ziya Bünyadov- 8 Noyabr yolu boyunca tikiləcək. Yenə də Dərnəgül ictimai nəqliyyat qovşağı ilə birləşir. 8 Noyabr xətti- maraqlı ola bilərdi, amma o dəhlizdə metronun yaşıl xətti uzadılır (Xətai- Həzi Aslanov), eyni zamanda oradan çoxsaylı avtobus marşrutları ayrılmış zolaqla hərəkət edir. Özü də bu xətt prospekti tam əhatə etməyəcəkdi, Həzi Aslanov qəsəbəsindən şimala doğru Dərnəgül xətti ilə birləşəcəkdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью