Bakıda tramvay şəbəkəsinin hansı əraziləri əhatə edəcəyi məlum olub
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Bakının Baş Planında 2040-cı ilədək nəzərdə tutulan tramvay şəbəkəsinin hansı əraziləri əhatə edəcəyi məlum olub.
Bu haqda “Sherg”az”a nəqliyyat və logistika məsələləri üzrə müəxəssis Rauf Ağamirzəyev bildirdi. O, qeyd etdi ki, tramvay şəbəkəsinin iki versiyası hazılanıb. Bunlardan biri Bakının Baş Planı, digəri isə Dövlət Proqramı çərçivəsində hazırlanmış plandır: 
- Fərqli görünsə də mahiyyət çox oxşardır. “Şah damar” şimal-cənub xətti Azadlıq prospekti boyunca gedən xətdir. Yeni versiyada Binəqədidən Mehdiabada kimi uzadılır, sonrakı mərhələdə isə Pirşağıya və Sea Breeze-ə (orada böyük daimi əhali olanda xətt aktual olacaq). Baş planda Binəqədidən Pirşağıya dəmiryol xətti var idi və belə çıxır ki, dəmiryol xətti tramvay xətti ilə əvəz ediləcək. Doğrusu sıx məskunlaşmış ərazidə ağır dəmiryol xəttinin tikintisini təsəvvür edə bilmirəm, ancaq estakadalarda ola bilərdi. Başqa dəyişiklik budur ki, Atatürk prospektindən Port Baku-ya gedən xətt ixtisara düşüb. Yeri gəlmişkən, bu xəttin cənub hissəsində metronun bənövşəyi xəttin B6b stansiyası olacaq. Sözün düzü, ilk iki xətt bir-birinə alternativdir. Mərkəzi Ağ Şəhər xətti də faktiki olacaq qalır, sadəcə metronun Həzi Aslanov stansiyasına kimi uzadılır. Bayıl xəttində demək olar ki, dəyişiklik yoxdur. Dərnəgül xətti isə tam olaraq dəyişir. Yeni planda xətt dövlət proqramı çərçivəsində tikiləcək Mehdiabad-Ziya Bünyadov- 8 Noyabr yolu boyunca tikiləcək. Yenə də Dərnəgül ictimai nəqliyyat qovşağı ilə birləşir. 8 Noyabr xətti- maraqlı ola bilərdi, amma o dəhlizdə metronun yaşıl xətti uzadılır (Xətai- Həzi Aslanov), eyni zamanda oradan çoxsaylı avtobus marşrutları ayrılmış zolaqla hərəkət edir. Özü də bu xətt prospekti tam əhatə etməyəcəkdi, Həzi Aslanov qəsəbəsindən şimala doğru Dərnəgül xətti ilə birləşəcəkdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 31 Yanvar 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















