Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İki gün əvvəl "Əl Ərəbiyə" telekanalı öz saytında maraqlı bir məqalə yerləşdirmişdi.
Məqalədə deyilirdi ki, Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində incə diplomatiya aparır.
Bu sözlər məqalənin başlığına da çıxarılıb. Məqalədə deyilir ki, Azərbaycan Suriyada Türkiyə ilə İsrail arasında yarana biləcək potensial mü
Təkcə Azərbaycandan, Türkiyədən və İsraildən olan ekspertlər deyil, başqa xarici müşahidəçilər də bu prosesi təqdir edir.
Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu məsələyə dair məlumat və şərh verib.
O deyib ki, Bakıda Türkiyə ilə İsrail arasında üçdən çox görüş keçirilib. Yəni bu təmaslar artıq davamlı və sistemli xarakter daşıyır.
Çünki bir görüşdə hansısa təkliflər verilir, mövzular müzakirə olunur, ilkin razılaşmalar əldə edilir, bu, növbəti görüşləri və danışıqları zəruri edir.