Icma.az
close
up
RU
Bakıda Türkiyə İsrail dialoqu: gözləntilər, nəticələr

Bakıda Türkiyə İsrail dialoqu: gözləntilər, nəticələr

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İki gün əvvəl "Əl Ərəbiyə" telekanalı öz saytında maraqlı bir məqalə yerləşdirmişdi. Məqalədə deyilirdi ki, Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində incə diplomatiya aparır. Bu sözlər məqalənin başlığına da çıxarılıb.

Məqalədə deyilir ki, Azərbaycan Suriyada Türkiyə ilə İsrail arasında yarana biləcək potensial münaqişənin qarşısını almağa çalışır. Təkcə Azərbaycandan, Türkiyədən və İsraildən olan ekspertlər deyil, başqa xarici müşahidəçilər də bu prosesi təqdir edir.

Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu məsələyə dair məlumat və şərh verib. O deyib ki, Bakıda Türkiyə ilə İsrail arasında üçdən çox görüş keçirilib.

Yəni bu təmaslar artıq davamlı və sistemli xarakter daşıyır. Çünki bir görüşdə hansısa təkliflər verilir, mövzular müzakirə olunur, ilkin razılaşmalar əldə edilir, bu, növbəti görüşləri və danışıqları zəruri edir. Azərbaycan tərəfi danışıqlara, sözügedən məqalədə deyildiyi kimi, sadəcə, "texniki dəstək" göstərmir, rəsmi Bakının həm də hər iki tərəflə münasibətlərinin yüksək səviyyəsi nəticənin əldə edilməsi baxımından mühüm resursdur. Hikmət Hacıyev də bunu belə şərh edib: “Azərbaycan razılaşmanın əldə olunması üçün diplomatik səylər göstərir. Çünki həm Türkiyə, həm də İsrail bizə güvənir”.

Dediyimiz kimi, Azərbaycan bu görüşlərüçün, sadəcə, məkan ayıran, təşkilati işlər görən bir neytral tərəf deyil, həm də bu razılaşmanın əldə olunmasını Türkiyənin və İsrailin özləri qədər istəyən ölkədir.

Azərbaycan diplomatiyasının bu üslubunu və yanaşmasını dünya COP29 iqlim konfransında da gördü. Bakı konfransa ev sahibliyi etməklə, qonaqları qarşılayıb yola salmaqla işini bitmiş saymadı, öz təkliflərini verdi, təşəbbüslərini irəli sürdü. Ancaq bununla da kifayətlənmədi. Çoxsaylı tərəflər arasında oxşar mövqelər, uzlaşan maraqlar tapılması və ortaq qərarların çıxarılması üçün sözün məcazi və müstəqim mənasında gecə-gündüz diplomatik aktivlik göstərdi. Ölkənin birinci şəxsinin iştirakı və rəhbərliyi ilə bu işə məsul olan bütün qurumlar və şəxslər yüksək peşəkarlıq və fədakarlıq göstərdilər. Ona görə də mümkün olan müsbət nəticə əldə olundu. Türkiyə ilə İsrail arasında Suriya üzərindən ortaq mövqeyə gəlinməsi üçün gedən prosesə də rəsmi Bakı bu cür yanaşır. Xalq arasında deyildiyi kimi, can yandırır. Bunu tərəflər də yüksək qiymətləndirir.

Biz İsrailin baş naziri Benyamin Netanyahunun iki gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevə yazdığı məktuba baxaq. Həmin məktubda baş nazir yazır: "Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini... yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən, həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm".

Göründüyü kimi, İsrail dövləti Azərbaycanın bu istiqamətdə roluna adekvat qiymət verir. Eyni zamanda Türkiyə də prosesin uğurlu nəticələrində maraqlıdır. Suriyanın əvvəlki qeyri-sabitlik dövrünə qayıtması təkcə qardaş ölkə üçün deyil, bütün region üçün, eləcə də, Avropa və bütün dünya üçün arzuolunmazdır. Əlbəttə, bu bölgədə bulanan sularda balıq ovuna çıxmış bəzi aktorlar istisnadır. Türkiyə ilə İsrail arasında Suriya masası müsbət nəticə verərsə, bu, Yaxın Şərqdə yeni bir təhlükəsizlik arxitekturasının zəmini ola bilər. O cümlədən, Qəzza böhranının qansız həlli üçün bir imkan yaranar.

Bu, əlbəttə, asan məsələ deyil. Türkiyənin xarici işlər naziri Hakan Fidan hələ mayın əvvəlində yerli telekanallardan birinə müsahibəsində məsələyə münasibətini belə açıqlamışdı:

“Azərbaycanda İsrail ilə Fələstin arasındakı qarşıdurmanın dayandırılması istiqamətində mexanizmin qurulması diplomatik üsullardan biridir. Biz sözlə, əldə edilə biləcək məsafəni qət etməli və başqa cəhdlərə çox tez yer verməməliyik. Hansısa əsaslı problem bir-iki görüşlə həll olunmur. Mexanizmlərin qurulması insanların qarşılıqlı niyyətləri və ya atacağı addımların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər. Hazırda bu məsələnin həlli ilə bağlı diplomatik fəaliyyətimiz davam edir. Bir çox ölkə ilə müzakirələr aparırıq”.

Azərbaycanda gedən danışıqlar, əlbəttə, bu istiqamətdə diplomatik üsullardan biridir. Türkiyənin bir çox ölkə ilə müzakirələr aparması da təbiidir. O cümlədən və xüsusilə, ABŞ-la. Ancaq o da şübhəsizdir ki, hazırda Türkiyənin İsraillə birbaşa danışıqlar aparması və buna Azərbaycanın "texniki dəstək" verməsi ayrıca önəmlidir. Bu iki ölkə arasında bəzi məsələlərdə bir-birinə daban-dabana zidd mövqelər var. Türkiyə Avropanın aparıcı dövlətləri ilə də, ABŞ-la da, başqa aktorlarla da bu müzakirələri aparır, bunlar məlumdur. Ancaq o da məlumdur ki, başqa paytaxtların hər biri məsələyə öz maraq prizmasından da yanaşa bilər. Ancaq tərəflərin birbaşa dialoqu üçün etibarlı platforma qurulması bütün başqa müzakirələrdən az əhəmiyyətli deyil, bəlkə daha tez və daha verimli ola bilər. Azərbaycanın da tək marağı var: hər iki tərəfi qane edən

uzlaşma yolu tapılsın. Bundan başqa bir marağı yoxdur.

Müqayisə bəlkə də tam uyğun deyil, ancaq birbaşa danışıqların önəmini vurğulamaq üçün Azərbaycanla Ermənistan arasında gedən diplomatik prosesləri misal gətirmək istərdim. Bilirsiniz ki, danışıqlarda vasitəçilik edən xarici aktorlar xeyli müddət vaxt uzatdılar, hətta tərəflərdən birinin - Ermənistanın mövqeyini aşkar-gizli dəstəklədilər. Ona görə Azərbaycan prosesin ikitərəfli formatına daha çox üstünlük verdi və indiyədək əldə olunmuş az-çox müsbət nəticələr bundan doğub.

Türkiyə ilə İsrail arasında danışıqlarda da Azərbaycan tərəflərdən heç birinə öncəlik vermir, hər ikisi ilə eyni dərəcədə yaxın, dost münasibətləri var. Ona görə də, əslində Azərbaycan bu iki ölkə arasında mümkün anlaşmaya iki qarşı duran tərəf arasında uzlaşma kimi yox, iki dostunu barışdırmaq imkanı kimi baxır. Ona görə də Azərbaycanın vasitəçilik missiyası, barışdırıcı mövqüyi və praktik səyləri, sadəcə, bir diplomatiya faktı deyil, bu, diplomatiyadan ötə dost səmimiyyətinin və narahatlığının ifadəsidir. Bu, Azərbaycanın təkcə iki ölkəni barışdırmaq cəhdi deyil, iki dost ölkəni hər üç ölkə üçün qazanmaq - bir-birinə qazandırmaq niyyətidir. Buna görə Azərbaycan uzun zamandır həm Türkiyə ilə, həm İsraillə, eləcə də, Suriya ilə sürəkli diplomatik təmaslardadır. Azərbaycan tərəfdən asılı olan məsələlərin həlli prezident İlham Əliyevin birbaşa iradəsi ilə həyata keçirilir; dövlət başçısı bu missiyanı aparmağı öz köməkçisinə tapşırmaqla, eləcə də, dövlətin müvafiq rəsmi resurslarını bu işə səfərbər etməklə prosesə necə önəm verdiyini göstərir.

Əlbəttə, Hakan Fidanın da dediyi kimi, hər şey heç də asan başa gəlmir; dediyim kimi, mürəkkəb məsələlərin sadə və asan həlli olmur. Bununla yanaşı rəsmilərin açıqlamaları, prosesi yaxından izləyən ekspertlərin qiymətləndirmələri göstərir ki, ilkin müsbət dinamika var və bu, yekun nəticənin də uğurlu olacağını düşünməyə əsas yaradır.

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri