Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb faktiki hava AZƏRTAC

07.12.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 dekabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dekabrın 7-si saat 10:00-a olan faktiki hava barədə məlumat yayıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Yağıntının miqdarı 3 millimetrədək olub.

Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün axşam saatlarından dekabrın 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью