Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb faktiki hava AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 7 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dekabrın 7-si saat 10:00-a olan faktiki hava barədə məlumat yayıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Yağıntının miqdarı 3 millimetrədək olub.
Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün axşam saatlarından dekabrın 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb faktiki hava
07 Dekabr 2024 12:53
Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb
07 Dekabr 2024 10:58
Bakıda və Abşeron yarımadasında yağış yağır FAKTİKİ HAVA
18 Noyabr 2024 10:04
Bakıda və Abşeron yarımadasında yağış intensivləşib FAKTİKİ HAVA
18 Dekabr 2024 12:51

