Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. Bakı şəhərində və ətraf qəsəbələrə gedən yollarda tıxac, sıxlıq hər keçən gün daha da a
İnsanlar evdən işə, işdən evə gedərkən çətinliklə üzləşir. Saatlarla yollarda qalırlar.
Bu ciddi sosial gərginliyə, ictimai etiraza səbəb olur. Artıq Bakı yaşamaq üçün olduqca mürəkkəb, çətin bir şəhərə çevrilməkdədir.
Tıxacların yaratdığı stress pik həddə çatıb. Adətən belə vəziyyətlərdə alternativ vasitələrdən istifadə olunur.
Qar çovğununda, güclü küləkdə, intensiv yağışlarda, yollarda tıxac yarandıqda əksəriyyət metroya üstünlük verir.
Son illər metro da gedilməz olub. Pik saatlarda insan seli metro stansiyalarında o həddə çatır ki, addım atmaq müşkülə çevrilir.
Bəzən 5-6 qatar buraxmalı olursan ki, növbəti qatara minə biləsən.
Hər gün sosial şəbəkələrdə, saytlarda metrodakı sıxlığı əks etdirən fotolar, videolar paylaşılır.