Icma.az
close
up
RU
Bakıda yerüstü və yeraltı gərginlik Noyabrdan sonra görün nələr olacaq

Bakıda yerüstü və yeraltı gərginlik Noyabrdan sonra görün nələr olacaq

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bakı şəhərində və ətraf qəsəbələrə gedən yollarda tıxac, sıxlıq hər keçən gün daha da artır. İnsanlar evdən işə, işdən evə gedərkən çətinliklə üzləşir. Saatlarla yollarda qalırlar. Bu ciddi sosial gərginliyə, ictimai etiraza səbəb olur.

Artıq Bakı yaşamaq üçün olduqca mürəkkəb, çətin bir şəhərə çevrilməkdədir. Tıxacların yaratdığı stress pik həddə çatıb.

Adətən belə vəziyyətlərdə alternativ vasitələrdən istifadə olunur. Qar çovğununda, güclü küləkdə, intensiv yağışlarda, yollarda tıxac yarandıqda əksəriyyət metroya üstünlük verir. Son illər metro da gedilməz olub. Pik saatlarda insan seli metro stansiyalarında o həddə çatır ki, addım atmaq müşkülə çevrilir. Bəzən 5-6 qatar buraxmalı olursan ki, növbəti qatara minə biləsən. Hər gün sosial şəbəkələrdə, saytlarda metrodakı sıxlığı əks etdirən fotolar, videolar paylaşılır.

Baş nazir Əli Əsədovun yanında vaxtaşırı aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilir. Vəziyyətdən çıxmaq üçün müzakirələr aparılır, təkliflər, tapşırıqlar verilir. Amma heç bir faydası olmur. Necə deyərlər, “köhnə hamam, köhnə tas”.

Mütəxəssislər deyirlər ki, bu acınacaqlı halın yaranması illər öncə əsası qoyulmuş plansızlıqdan doğub. Bakıda, ətraf kənd və qəsəbələrdə, yol kənarlarında aparılan xaotik tikintilər bu vəziyyətin ortaya çıxmasında ciddi rol oynayıb. Bakının əksər küçə və prospektlərində “butulka effekti” var. Yəni başdan geniş, bir neçə zolaqlı yol, şəhərə çatanda daralır, 2 xətliyə çevrilir, nəticədə dəhşətli tıxac yaranır.

İctimai nəqliyyatın təşkilində də çatışmazlıqlar bu məsələyə öz “töhfəsini” verir. Bakıda avtobus zolaqları yaradılsa da, bu da prosesə ciddi dəstək olmur. Bakı kimi meqapolisdə tramvay nəqliyyatının olmaması də yükü artırır, gərginliyi çoxaldır. Əksər paytaxt və qeyri-paytaxt şəhərlərində tramvay nəqliyyatın idarə edilməsində, tıxacların yaranmamasında ciddi rola malikdir. Bakıda ötən əsrin əvvəlində tramvay xətləri olub. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işləyən dövrdə tramvay xətləri kəsildi, relslər, mis naqillər dəyər-dəyməz qiymətə satıldı. Bu addım Bakını xaosa və tıxaclara təslim etdi.

Son 1 ildə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının yollarının iflic duruma düşməsinə səbəb olan addımlar atır. Harada gəldi ödənişli parklama yeri təşkil etmək, onsuz da yaxşı olmayan yollarda böyük tıxaclara gətirib çıxardı. Bakı küçələrində yaradılan velosiped yolları, avtobus zolaqları, digər məhdudlaşdırıcı tədbirlər vəziyyəti daha da pisləşdirib. AYNA ona həvalə edilən işi demək olar yarıtmayıb. Bu təşkilat üzərinə düşən vəzifəni tam tərsinə görür. Yol bağlamaq, tıxac yaratmaq, sosial gərginliyi artırmaq – ən yaxşı gördüyü işlər bunlardır.

Deyilənlərə görə, COP29-dan sonra bu sahədə ciddi dəyişikliklər baş verəcək. AYNA-nın yaratdığı xaotik vəziyyətin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görüləcəyi haqda informasiyalar var. Bu qurumun fəaliyyəti ilə bağlı bəzi korrektələrin aparılacağı bildirilir. Ən yüksək səviyyədə Bakıdakı tıxaclara müdaxilə olacağı gözləntisi var. Artıq bu məsələ dövlətin, ölkənin təhlükəsizlik məsələsinə çevrilib.

İnanırıq ki, bütün bunlar baş verəcək və nisbətən də olsa tıxac gərginliyi azalacaq.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri