Bakıda yolun ortasında uzanan şəxs kimdir? AÇIQLAMA ( VİDEO ) | Icma.az
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə yayılan görüntülərə görə dünən gecə saatlarında Hövsan şosesində, radarın yerləşdiyi ərazidə təhlükəli hadisə baş verib.
Görüntüyə əsasən, bir nəfər qəsdən yolun ortasında uzanaraq guya avtomobil vurması nəticəsində xəsarət aldığı görüntüsü yaradıb və bu yolla sürücüləri aldatmağa çalışıb.Bu barədə Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev deyib ki, bu hal təkcə əxlaqi baxımdan deyil, hüquqi baxımdan da ciddi pozuntudur:“Yolun ortasında qəsdən uzanaraq guya avtomobil vurması görüntüsü yaratmaq və sürücüləri aldatmaq bir neçə hüquq normasını eyni anda pozur.
Yüngüldən ağıradək dəyişən məsuliyyət yaradır. Əgər bu hərəkət pul qoparmaq, sürücünü qorxutmaq və ya maddi fayda əldə etmək məqsədi daşıyır
Bu maddəyə əsasən şəxs cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və hətta 3 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.
Yolun ortasında qəsdən təhlükəli vəziyyət yaratmaq ictimai asayişin kobud şəkildə pozulması, yəni 221-ci maddə – xuliqanlıq tərkibi yarada bilər.
Bu halda da azadlığın məhdudlaşdırılması və ya həbs cəzası nəzərdə tutulur.
Çünki bu cür davranış təkcə bir sürücünü deyil, bütün yol hərəkəti iştirakçılarının həyatını real risk altına qoyur”.O bildirib ki, əgər əməl cinayət həddinə çatmırsa, lakin yol hərəkətinə təhlükə yaradılıbsa, məsələ İnzibati Xətalar Məcəlləsi üzrə xırda xuliqanlıq kimi qiymətləndirilə bilər:“Bu zaman cərimə və ya inzibati həbs tətbiq olunur.
Tam oxu
Xəbəri oxu