Icma.az
close
up
RU
Bakıda yolun ortasında uzanan şəxs kimdir? AÇIQLAMA ( VİDEO )

Bakıda yolun ortasında uzanan şəxs kimdir? AÇIQLAMA ( VİDEO )

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə dünən gecə saatlarında Hövsan şosesində, radarın yerləşdiyi ərazidə təhlükəli hadisə baş verib. Görüntüyə əsasən, bir nəfər qəsdən yolun ortasında uzanaraq guya avtomobil vurması nəticəsində xəsarət aldığı görüntüsü yaradıb və bu yolla sürücüləri aldatmağa çalışıb.
Bu barədə Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev deyib ki, bu hal təkcə əxlaqi baxımdan deyil, hüquqi baxımdan da ciddi pozuntudur:
“Yolun ortasında qəsdən uzanaraq guya avtomobil vurması görüntüsü yaratmaq və sürücüləri aldatmaq bir neçə hüquq normasını eyni anda pozur. Yüngüldən ağıradək dəyişən məsuliyyət yaradır. Əgər bu hərəkət pul qoparmaq, sürücünü qorxutmaq və ya maddi fayda əldə etmək məqsədi daşıyırsa, Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluq tətbiq oluna bilər. Bu maddəyə əsasən şəxs cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və hətta 3 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər. Yolun ortasında qəsdən təhlükəli vəziyyət yaratmaq ictimai asayişin kobud şəkildə pozulması, yəni 221-ci maddə – xuliqanlıq tərkibi yarada bilər. Bu halda da azadlığın məhdudlaşdırılması və ya həbs cəzası nəzərdə tutulur. Çünki bu cür davranış təkcə bir sürücünü deyil, bütün yol hərəkəti iştirakçılarının həyatını real risk altına qoyur”.
O bildirib ki, əgər əməl cinayət həddinə çatmırsa, lakin yol hərəkətinə təhlükə yaradılıbsa, məsələ İnzibati Xətalar Məcəlləsi üzrə xırda xuliqanlıq kimi qiymətləndirilə bilər:
“Bu zaman cərimə və ya inzibati həbs tətbiq olunur. Bundan başqa, polisə və ya təcili yardıma bilə-bilə yalan məlumat verilməsi sübuta yetirilərsə, bu da ayrıca inzibati məsuliyyət yaradır. Ən ağır ssenari isə həmin hərəkət nəticəsində real yol-nəqliyyat hadisəsinin baş verməsi və ya kiməsə xəsarət yetirilməsidir. Bu halda məsuliyyət daha da sərtləşir və bir neçə maddə eyni vaxtda tətbiq oluna bilər. Bu cür davranışlara görə şəxsi minlərlə manat cərimədən tutmuş real həbs cəzasınadək ciddi hüquqi nəticələr gözləyə bilər. Bu səbəbdən belə “səhnələşdirilmiş qəzalar” sadəcə məsuliyyətsizlik deyil, açıq-aşkar qanun pozuntusu və cəmiyyət üçün real təhlükədir”.
DİN-dən saytımıza bildirildi ki, məsələdən xəbərdarıq, görüntülər araşdırılır.
Leyla Turan 
Demokrat.az
@shaman6572 Fikirləriniz?#taksi #kesfetteyiz #tik #onecikar #gundem ♬ Swear Word Beep (Censor Bleep Television Radio Video Censorship Censored Noise Clip) [Sound Effect] - Finnolia Sound Effects
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri