Bakıda yüzdən çox yeni yol nişanı quraşdırılıb

19.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakıda yeni yol nişanları quraşdırılır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, AYNA paytaxtın müxtəlif ərazilərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni yol nişanları quraşdırıb:

- Afiyəddin Cəlilov küçəsi, 8 Noyabr və Mətbuat prospektlərində 127 ədəd yol nişanı quraşdırılıb;

- Bülbülə və Əmircan qəsəbələri yaxınlığında 9 ədəd məlumatverici lövhə quraşdırılıb.

Qeyd olunub ki, bütün bu yeniliklər hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmağı hədəfləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью