Bakıda yüzdən çox yeni yol nişanı quraşdırılıb
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Bakıda yeni yol nişanları quraşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, AYNA paytaxtın müxtəlif ərazilərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni yol nişanları quraşdırıb:
- Afiyəddin Cəlilov küçəsi, 8 Noyabr və Mətbuat prospektlərində 127 ədəd yol nişanı quraşdırılıb;
- Bülbülə və Əmircan qəsəbələri yaxınlığında 9 ədəd məlumatverici lövhə quraşdırılıb.
Qeyd olunub ki, bütün bu yeniliklər hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmağı hədəfləyir.

Bakıda yüzdən çox yeni yol nişanı quraşdırılıb
19 Noyabr 2024 16:51
AYNA : Bakıda yüzdən çox yeni yol nişanı
19 Noyabr 2024 18:55
Bakıda yeni yol nişanları quraşdırılıb
22 Noyabr 2024 12:07
Bakıda daha bir ərazidə avtobus zolağı ilə bağlı yol nişanı quraşdırılıb
06 Dekabr 2024 17:11

