Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Rusiya tərəfi Azərbaycanla bağlı son dövrlərdə mətbuat siyasətindəki təzyiqlər və dezinformasiya fəaliyyətilə də məşğul olur.
Rusiyanın dövlət televiziyaları, mətbuatı və müxtəlif mərkəzlərində Azərbaycan əleyhinə feyk məlumatlar və dezinformasiya yayılır.
Azərbaycan Rusiya ilə əlaqələrini həmişə mehriban qonşuluq üzərində qurmağa çalışıb və 2022-ci ilin fevralında imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında" Bəyannaməsi də bu münasibətlərin ən yüksək səviyyəyə qaldırıldığını nümayiş etdirib.
Lakin Rusiya tərəfindən atılan son addımlar müttəfiqlik münasibətləri ilə heç bir əlaqə daşımır.
Bu, Azərbaycanın Rusiya ilə olan münasibətlərini ciddi şəkildə zədələyən bir məsələdir".
Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov Redaktor.az-a Rusiyanın Azərbaycana qarşı qərəzli siyasətini şərh edərkən dedi.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında son dövrlərdə yaranan anlaşılmazlıqların əsas səbəbkarı Rusiyadır: "Məlum təyyarə qəzasından sonra Azərbaycan dövlətinin mövqeyi olduqca qətiyyətli və prinsipial olub.