Icma.az
close
up
RU
Bakıdakı Rus Evi cəsusluqla məşğul olub Deputatdan AÇIQLAMA

Bakıdakı Rus Evi cəsusluqla məşğul olub Deputatdan AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Rusiya tərəfi Azərbaycanla bağlı son dövrlərdə mətbuat siyasətindəki təzyiqlər və dezinformasiya fəaliyyətilə də məşğul olur. Rusiyanın dövlət televiziyaları, mətbuatı və müxtəlif mərkəzlərində Azərbaycan əleyhinə feyk məlumatlar və dezinformasiya yayılır. Azərbaycan Rusiya ilə əlaqələrini həmişə mehriban qonşuluq üzərində qurmağa çalışıb və 2022-ci ilin fevralında imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında" Bəyannaməsi də bu münasibətlərin ən yüksək səviyyəyə qaldırıldığını nümayiş etdirib. Lakin Rusiya tərəfindən atılan son addımlar müttəfiqlik münasibətləri ilə heç bir əlaqə daşımır. Bu, Azərbaycanın Rusiya ilə olan münasibətlərini ciddi şəkildə zədələyən bir məsələdir".

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov Redaktor.az-a Rusiyanın Azərbaycana qarşı qərəzli siyasətini şərh edərkən dedi. Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında son dövrlərdə yaranan anlaşılmazlıqların əsas səbəbkarı Rusiyadır:

"Məlum təyyarə qəzasından sonra Azərbaycan dövlətinin mövqeyi olduqca qətiyyətli və prinsipial olub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi ondan ibarət idi ki, qarşı tərəf birincisi beynəlxalq praktikaya uyğun olaraq üzrxahlıq etməlidir, ikincisi, cinayətkarlar cəzalandırılmalıdır, üçüncüsü isə kompensasiya ödənilməlidir. Rusiya Prezidenti Vladimir Putin məsələ ilə bağlı ümumilikdə üzrxahlıq edib. Lakin Putin yalnız Rusiyanın hava məkanında baş verdiyini əsas gətirərək üzr istədiyini açıqlayıb. Halbuki, məsələ yalnız bu qədər sadə deyil. Əslində, Azərbaycan mülki təyyarəsi Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Bu səbəbdən, Prezident İlham Əliyev tərəfindən irəli sürülən tələb və gözləntilər tamamilə haqlıdır. Eyni zamanda təyyarənin vurulmasında məsuliyyəti daşıyan cinayətkarlar hələ də müəyyən edilməyib və cəzalandırılmayıb. Rusiya hələ də bu hadisə ilə bağlı konkret addımlar atmır, kompensasiya ödənməsi məsələsini gündəmə gətirmir. Bu da öz növbəsində, Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdə soyuqluğun yaranmasına səbəb olub".

Deputatın sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən "Rus Evi" qanunazidd fəaliyyət və cəsusluqla məşğul olub:

"Son dövrlərdə Rusiya, Azərbaycanla bağlı bir sıra miqrasiya tədbirlərini sərtləşdirib. Azərbaycan dövləti də "Rus Evi" adlı mədəniyyət mərkəzinin fəaliyyətində ciddi nöqsanlar aşkar edib. Bu mərkəzin çox hallarda öz fəaliyyətini qanuna və müttəfiqlik prinsiplərinə zidd olması Azərbaycan tərəfindən açıq şəkildə tənqid olunub. Hətta bu fəaliyyətlərin bir çoxu casusluq və ya gizli fəaliyyət kimi qiymətləndirilə bilər ki, bu da heç bir halda qəbuledilməzdir və müttəfiq bir dövlətin adına yaraşmayan bir vəziyyətdir".

E.Nəsirov Azərbaycanı təhqir edən rus deputatların Azərbaycanla Rusiya arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olduğunu vurğuladı.

"Rusiya Dövlət Dumasının bəzi deputatları, xüsusilə də hakim partiya olan Vahid Rusiya Partiyasından olan Nikolay Valuyev kimi şəxslər, Azərbaycan və digər Cənubi Qafqaz ölkələrinə qarşı sərt və təhdid dolu fikirlər səsləndiriblər. Bu deputatlar özlərinin idmançı kimliklərinə baxmayaraq, çox zaman dilindən istifadə edərək sərt, təhdidvari çıxışlar edirlər. Yəqin ki, bu çıxışlar onların başlarına aldığı zərbələrin təsiridir. Bundan əlavə, digər Dövlət Duması deputatları da, xüsusilə Zatulin kimi şəxslər, "Rusiyadan azərbaycanlıları deportasiya etməyi və müharibəyə göndərməyi" təklif ediblər. Bu tip təhdid və təzyiq dili, heç bir halda qəbul edilə bilməz və Azərbaycanla Rusiya arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olur.

Azərbaycanın Rusiya ilə olan münasibətləri həmişə müttəfiqlik prinsiplərinə əsaslanıb. Azərbaycan, heç vaxt bu müttəfiqlikdən imtina etməyib və hətta bunun nəticəsində bir çox hallarda Qərbdən təzyiqlərlə üzləşib. Buna görə də, Rusiya tərəfi öz siyasətində Azərbaycanın bölgədəki önəmini və əhəmiyyətini anlamalı və münasibətləri gərginləşdirməkdən çəkinməlidir. Rusiya Azərbaycanla münasibətlərin gərginləşməsinin nə onların, nə də regionun maraqlarına uyğun olmadığını anlamalıdır. Azərbaycanın mövqeyi isə həmişə müttəfiqlik əlaqələrinə sadiq qalmaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə əsaslanıb", - deyə deputat qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri