Icma.az bildirir, GlobalInfo portalına istinadən. Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri diqqət çəkir.
Əsas məqam bu gün (noyabrın 27-də) Polşa prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” ilə birgə Yerasxa (Arazdəyən) səfər etməyi planlaşdırmasıdır.
Globalinfo.az-a danışan siyasi sərhçi Elçin Alıoğlu bildirib ki, Duda Polşanı ABŞ-ın Şərqi Avropadakı əsas forpostuna çevirib: “Təsadüfi deyil ki, Polşa xarici işlər nazirinin müavini dörd ay bundan qabaq demişdi ki, bizim postsovet məkanında investisiya ayıracağımız üç ölkə var: Moldova, Ermənistan və Ukrayna.
Andjey Dudanın Ermənistana səfəri təsadüfi deyil. O, qondarma “erməni soyqırımı” qurbanlarının “abidəsinin” yerləşdiyi Tsitsernakaberdə gedi
Daha sonra o, Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də parlament sədri Alen Simonyanla prezident Vaaqn Xaçaturyanla görüşəcək.
Dudanın Ermənistanda rəsmilərlə apardığı danışıqlarda iki əsas məsələ preambula təşkil edir: Polşa prezidentinin beynəlxalq siyasət bürosunun rəhbəri N.Povyak açıqladı ki, İrəvanda aparılan danışıqların əsasını Ermənistanla Azərbaycan arasındakı sülh prosesi təşkil edəcək.
Polşanın prosesə verə biləcəyi töhfə və Varşavanın regional siyasətinin necə olacağı müzakirə edilən mövzulardandır.
Bu ictimaiyyətə açıqlanan detallardır. Lakin bir də məsələnin pərdəarxası məqamları var.