Icma.az
close
up
RU
Bakıdan sonra İrəvana getdi... Qovluğunda nə var idi?

Bakıdan sonra İrəvana getdi... Qovluğunda nə var idi?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri diqqət çəkir. Əsas məqam bu gün (noyabrın 27-də) Polşa prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” ilə birgə Yerasxa (Arazdəyən) səfər etməyi planlaşdırmasıdır.

Globalinfo.az-a danışan siyasi sərhçi Elçin Alıoğlu bildirib ki, Duda Polşanı ABŞ-ın Şərqi Avropadakı əsas forpostuna çevirib:

“Təsadüfi deyil ki, Polşa xarici işlər nazirinin müavini dörd ay bundan qabaq demişdi ki, bizim postsovet məkanında investisiya ayıracağımız üç ölkə var: Moldova, Ermənistan və Ukrayna.

Andjey Dudanın Ermənistana səfəri təsadüfi deyil. O, qondarma “erməni soyqırımı” qurbanlarının “abidəsinin” yerləşdiyi Tsitsernakaberdə gedib. Daha sonra o, Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də parlament sədri Alen Simonyanla prezident Vaaqn Xaçaturyanla görüşəcək. Dudanın Ermənistanda rəsmilərlə apardığı danışıqlarda iki əsas məsələ preambula təşkil edir:

Polşa prezidentinin beynəlxalq siyasət bürosunun rəhbəri N.Povyak açıqladı ki, İrəvanda aparılan danışıqların əsasını Ermənistanla Azərbaycan arasındakı sülh prosesi təşkil edəcək. Polşanın prosesə verə biləcəyi töhfə və Varşavanın regional siyasətinin necə olacağı müzakirə edilən mövzulardandır. Bu ictimaiyyətə açıqlanan detallardır. Lakin bir də məsələnin pərdəarxası məqamları var.

Məlum olduğu kimi, Anjey Duda COP29 tədbirində iştirak etmişdi. O, Bakıda olduğu müddətdə də Azərbaycan-Ermənistan sülh danışıqlarını, Polşanın edə biləcəklərini müzakirə etdi. Polşanın sülh danışıqları ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Məsələ bundan ibarətdir ki, Polşa ABŞ-ın forpostu olduğu üçün əlindən gəldiyi qədər çalışır ki, Ermənistan-Rusiya münasibətləri soyuq və gərgin olsun. Bunu hətta özünün diplomatik uğuru kimi qələmə verir”.

Elçin Alıoğlu qeyd edib ki, Dudadın Ermənistana gəlməkdə məqsədi Aİ-nin “müşahidə missiyası”nda Polşanın iştirakını aktivləşdirməkdir:

“Beləcə missiyanı NATO missiyası müstəvisindən çıxarıb, Aİ missiyası müstəvisinə qaytarmaqdır. Çünki ABŞ Aİ-nin Ermənistandakı fəaliyyətinin hiperaktivləşməsinə qıcıqlanaraq Kanadanı prosesə qoşub, NATO missiyası halına gətirdi.

İkincisi, Polşa Rusiyanın Ermənistandan tranzit ölkə kimi istifadə edərək Aİ-nin saksiyalardan yayınmaq fəaliyyətini azaltmağa çalışır. Bunu Fransa, ABŞ da istəyir, amma Ermənistan hər il bu prosesdən 11-14 milyard dollar gəlir əldə edir. Düşünürəm, bu rəqəm ildən-ilə artır. Yəni Duda, Aİ bunun qarşısını almaq istəyirsə, Ermənistana nə isə verməlidir.

Üçüncüsü, Andjey Duda Polşanın geosiyasi ambisiyalarının sadəcə Şərqi Avropa Transilvaniya, Rumıniya, Moldova, Besarabya, Ukraynanın Qərb bölgələri yox, həm də Cənubi Qafqaz olduğunu göstərməyə çalışır. Yəni Duda bu minvalla Ermənistana həm də elçi kimi gəlib. O, yaxşı bilir ki, elçiyə zaval olmaz”.

Ekspert deyib ki, Dudanın cəhdləri nəticə verməyəcək:

“O, Polşa Transplantasiya Cəmiyyətinin 12-ci simpoziumunda öləndən sonra bütün əzalarının bağışlanmasını vəsiyyət etmişdi. Sual yaranır: bəs Duda Polşa diplomatiyasının hansı əzasını İrəvanda qurban verəcək?

Vaxtilə Cənubi Qafqazda ATƏT-in Minsk Qrupu vardı. “Danışıqlar naminə danışıqlar lazımdır” kimi gülünc bəyanatlar verirdilər. Bu gün Duda da məhz bu funksiyanı yerinə yetirir. Onun nə isə edə biləcəyini düşünmürəm. Lakin ABŞ-dan ciddi dividentlər ala bilər”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see335

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see247

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see228

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see224

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see209

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see208

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see207

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see207

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see204

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see193

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see174

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see174

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see174

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see171

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see169

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see169

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see168

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see167

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see166

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri