Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın regional layihələrdə iştirakına şərait yaradılır Cənubi Qafqazda əməkdaşlığın iqtisadi xəritəsi yenidən cızılır Cənubi Qafqazda sülh prosesinin sürətlənməsi və regionun iqtisadi inteqrasiyasına yönələn yeni addımlar Azərbaycan diplomatiyasının ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir.
2020-ci ildən sonra yaranan reallıqlar artıq tək hərbi üstünlüyün deyil, həm də siyasi uzaqgörənliyin təzahürüdür.
Azərbaycan Prezidentinin qətiyyətli sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən qarşıdurmanı dayandırmaqla yanaşı, qarşılıqlı iqtisadi əlaqlərin yaranmasının, qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyur.
Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məhz bu yeni reallığın iqtisadi göstəricisidir.
Artıq regionda ticarət yolları açılır, sərhədlər yumşalır, qarşılıqlı etimadın formalaşması üçün mühüm zəmin yaranır.
Hələlik yüklərin Gürcüstan ərazisindən keçməsi keçid mərhələsinin göstəricisidir, lakin bu, gələcəkdə daha birbaşa və davamlı kommunikasiya xətlərinin qurulmasının mümkünlüyünü nümayiş etdirir.
Bütün bunlar Azərbaycanın siyasi iradəsi və sülh yönümlü diplomatik fəallığı nəticəsində mümkün olub.