Icma.az
close
up
RU
Bakıdan strateji addım

Bakıdan strateji addım

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın regional layihələrdə iştirakına şərait yaradılır

Cənubi Qafqazda əməkdaşlığın iqtisadi xəritəsi yenidən cızılır

Cənubi Qafqazda sülh prosesinin sürətlənməsi və regionun iqtisadi inteqrasiyasına yönələn yeni addımlar Azərbaycan diplomatiyasının ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir. 2020-ci ildən sonra yaranan reallıqlar artıq tək hərbi üstünlüyün deyil, həm də siyasi uzaqgörənliyin təzahürüdür. Azərbaycan Prezidentinin qətiyyətli sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən qarşıdurmanı dayandırmaqla yanaşı, qarşılıqlı iqtisadi əlaqlərin yaranmasının, qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyur.

Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məhz bu yeni reallığın iqtisadi göstəricisidir. Artıq regionda ticarət yolları açılır, sərhədlər yumşalır, qarşılıqlı etimadın formalaşması üçün mühüm zəmin yaranır. Hələlik yüklərin Gürcüstan ərazisindən keçməsi keçid mərhələsinin göstəricisidir, lakin bu, gələcəkdə daha birbaşa və davamlı kommunikasiya xətlərinin qurulmasının mümkünlüyünü nümayiş etdirir. Bütün bunlar Azərbaycanın siyasi iradəsi və sülh yönümlü diplomatik fəallığı nəticəsində mümkün olub. Yeri gəlmişkən, Prezident İlham Əliyev Qazaxıstana səfəri çərçivəsində mətbuata bəyanatında bildirib ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb: “Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

Vaşinqton görüşü: sülhün yeni mərhələsi

Vurğulanmalıdır ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin intensivləşdiyi son aylarda Vaşinqton görüşü dönüş nöqtəsi kimi dəyərləndirilir. ABŞ-ın paytaxtında iki ölkə arasında sülh sazişi layihəsinin paraflanması region üçün tarixi hadisə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq diplomatiyada oynadığı rolu da bir daha göstərdi. Vaşinqton danışıqları zamanı Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipiallıq və dövlət maraqlarına sadiqlik Cənubi Qafqazda sülh prosesinin uğurla davam etdirilməsini təmin etdi. Məhz bu qətiyyət nəticəsində Ermənistan ilk dəfə real sülh sənədinə yaxınlaşdı və praktiki addımlar atmağa məcbur qaldı. Azərbaycan isə məqsədini açıq şəkildə ortay aqoydu - Bakının məqsədi revanşizm deyil, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq əsasında sabitliyin qurulmasıdır. Azərbaycanın dövlət başçısının Qazaxıstana dövlət səfəri çərçivəsində mətbuata bəyanatında Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, Prezident İlham Əliyev Prezident Trampın fəal vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh Bəyannaməsinin imzalanması üzrə tarixi missiyanı yerinə yetirib.  Tokayev həmçinin zərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bəyannamənin tarixi əhəmiyyətini ayrıca qeyd edib: “ABŞ Prezidenti Donald Tramp tərəfindən haqlı olaraq qeyd edilib ki, Siz çox güclü mövqeyə malik olmağınıza rəğmən belə bir çox mühüm sənədin imzalanmasına razı oldunuz. Bu, Azərbaycanın və Sizin rəhbərliyinizlə Azərbaycan xalqının xüsusi mövqeyindən və öz potensialına inamından xəbər verir. Sizin göstərdiyiniz qətiyyətli siyasi iradə, strateji baxış mürəkkəb məsələlərin həllində və gələcək nəsillərin taleyi üçün məsuliyyətdə müdrik yanaşmanın parlaq nümunəsidir. Heç şübhəsiz ki, iki dövlət arasında əldə olunmuş razılaşmalar bir növ “suayırıcı” oldu və bütün regionda, zənnimcə, onun hüdudlarından kənarda da əməkdaşlığın yeni üfüqlərini açır”.

Beləliklə, yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi əlaqələrin bərpa olunması və kommunikasiya xətlərinin açılması sülhün ilk real dividentləridir.

Regionun iqtisadi coğrafiyasını dəyişdirəcək hadisə...

Bəli, göründüyü kimi, Azərbaycan postmüharibə dövründə sülhü təkcə siyasi sənəd kimi deyil, həm də iqtisadi inkişafın əsas şərti kimi təqdim edir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bölgədə dayanıqlı sabitlik yalnız qarşılıqlı iqtisadi maraqların təmin edilməsi ilə mümkündür. Bu baxımdan, Ermənistanın regional layihələrdə iştirakına şərait yaradılması Bakı tərəfindən atılmış strateji addımdır. Ermənistana yük tranzitinin açılması həm sülh prosesi üçün etimad yaradan amildir, həm də regionun iqtisadi coğrafiyasını dəyişdirəcək hadisədir. Çünki bu qərar göstərir ki, Azərbaycan hərbi meydanda qazandığı qətiyyətli qələbənin davamını  sülh və dialoq mərhələsinə daşıyıb - qalib dövlət olaraq qarşı tərəfə humanist və praqmatik münasibət nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycanın yaratdığı bu mühitdə Gürcüstanın tranzit rolu da önəmlidir. Hələlik yüklərin Gürcüstan üzərindən daşınması regionda yeni logistik mərkəzlərin formalaşmasına və üçtərəfli əməkdaşlığın güclənməsinə xidmət edir. Bu isə Cənubi Qafqazda uzunmüddətli iqtisadi inteqrasiyanın başlanğıcıdır.

Türk əxlaqının və mənəvi məsuliyyətinin nümunəsi...

Regionda yaranan yeni münasibətlər sisteminin arxasında həm də dərin mənəvi dəyərlər dayanır. Azərbaycan və Qazaxıstan kimi türk dövlətlərinin qarşılıqlı hörmət və strateji dəstək əsasında qurduqları münasibətlər bu yeni modelin təməlidir. Türk əxlaqının əsas prinsiplərindən olan mərhəmət, ədalət və sülhə sədaqət bu siyasətin mənəvi dayağını təşkil edir. Azərbaycanın Ermənistanla münasibətlərdə nümayiş etdirdiyi bu yanaşma da məhz türk əxlaqının yüksək təcəssümüdür. Qələbədən sonra intiqam yox, ədalətli sülh təklif etmək, düşməni məğlubdan tərəfdaşa çevirmək cəsarəti bu siyasi fəlsəfənin mahiyyətidir. Bəli, Ermənistan anlamalıdır k, sülh prosesi münasibətlərin tənzimlənməsi ilə yanaşı, bütövlükdə regionun gələcək inkişaf modelinin formalaşdırılması deməkdir. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən bu yeni modeldə qarşılıqlı iqtisadi əlaqələr və sabitlik əsas dayaqlardır.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Paşinyan Tiflisdə keçirilən V “İpək Yolu” Forumunda çıxışı zamanı qeyd edib ki, Azərbaycanın Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması çox mühüm bəyanatdır. “Bu, son dərəcə vacib addımdır və mən Azərbaycan Prezidentinə bu qərarına görə minnətdarlığımı bildirirəm. Həmçinin bu razılaşmanın əldə edilməsindəki rollarına görə Qazaxıstan prezidentinə və Gürcüstanın baş nazirinə də təşəkkür edirəm,” - deyə Paşinyan bildirib.

Beləliklə, bir daha sübut olunur ki, Azərbaycan diplomatiyası sülhü təkcə diplomatik sənəd kimi deyil, uzunmüddətli inkişafın təməli kimi görür. Məhz bu baxış sayəsində Cənubi Qafqaz artıq toqquşmalar məkanından əməkdaşlıq platformasına çevrilməkdədir. Vaşinqton görüşündən sonra yaranan yeni mühit bunu sübut edir: regionda artıq müharibədən yox, iqtisadi tərəfdaşlıqdan danışılır.

Sülhün ilk nəticələri: əlaqələr bərpa olunur, yollar açılır, regionda qarşılıqlı maraqlar tarazlaşır

Beləliklə, Azərbaycanın sülh təşəbbüsləri bu gün həm beynəlxalq aləmdə, həm də region daxilində etimad qazanıb. Ermənistan üçün də bu, təcriddən çıxmaq, dünya ilə inteqrasiya imkanlarını genişləndirmək anlamına gəlir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin səyi və uzaqgörən siyasəti sayəsində Cənubi Qafqazda tarixi dönüş baş verir - sülh diplomatiyası öz real nəticələrini verməkdədir. Bakının nümayiş etdirdiyi konstruktiv mövqe və qətiyyətli liderlik bölgədə sabitliyin əsas təminatına çevrilib. Vaşinqton görüşü ilə başlanan yeni mərhələ artıq praktik müstəviyə keçir - iqtisadi əlaqələr bərpa olunur, ticarət yolları açılır, regionda qarşılıqlı maraqlar tarazlaşır.

Bu, həm sülhün, həm də türk dünyasının dəyərlərinə əsaslanan yeni münasibətlər sisteminin formalaşması deməkdir. Azərbaycan bu prosesi təkcə regional deyil, həm də qlobal sabitliyə töhfə kimi təqdim edir.

Pərviz SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri