Bakıdan strateji Rusiya və Qazax həmləsi Onlara meydan oxudu | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın sülhməramlı kontingentinin Qarabağı tərk etməsi prosesinin başladılmasından bir il ötür.
2024-cü aprelin 16-da sülhməramlıların Azərbaycan ərazisindən çıxacağı açıqlanmış, bir gün sonra isə məlumat Kreml tərəfindən təsdiq edilmişdi.
Beləliklə, iyunun 12-də sülhməramlıların Qarabağı tamamilə tərk etdiyi elan olundu.
Həmçinin ötən ilin aprel ayında Qazaxın işğalda olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistanla razılaşma əldə edildi.
Hazırda isə demarkasiya prosesinin ikinci mərhələsi çərçivəsində Qazaxın digər 3 kəndi – Yuxarı Əskipara, Sofulu və Bərxudarlının təhvili üçün hazırlıq görüldüyünə dair Ermənistan KİV-də məlumatlar yayılır.
Maraqlıdır ki, mövcud proseslər fonunda sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, hələ də onun imzalanması üçün tarix və yer müəyyənləşməyib.
Azərbaycan Prezidenti İlham Əliyev prosesin yekunlaşdırılması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi kimi məsələlərin həllini tapmalı olduğunu dəfələrlə vurğulayıb.
Tam oxu
Xəbəri oxu