Icma.az
close
up
RU
Bakıdan strateji Rusiya və Qazax həmləsi Onlara meydan oxudu

Bakıdan strateji Rusiya və Qazax həmləsi Onlara meydan oxudu

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın sülhməramlı kontingentinin Qarabağı tərk etməsi prosesinin başladılmasından bir il ötür. 2024-cü aprelin 16-da sülhməramlıların Azərbaycan ərazisindən çıxacağı açıqlanmış, bir gün sonra isə məlumat Kreml tərəfindən təsdiq edilmişdi. Beləliklə, iyunun 12-də sülhməramlıların Qarabağı tamamilə tərk etdiyi elan olundu.

Həmçinin ötən ilin aprel ayında Qazaxın işğalda olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistanla razılaşma əldə edildi. Hazırda isə demarkasiya prosesinin ikinci mərhələsi çərçivəsində Qazaxın digər 3 kəndi – Yuxarı Əskipara, Sofulu və Bərxudarlının təhvili üçün hazırlıq görüldüyünə dair Ermənistan KİV-də məlumatlar yayılır.

Maraqlıdır ki, mövcud proseslər fonunda sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, hələ də onun imzalanması üçün tarix və yer müəyyənləşməyib. Azərbaycan Prezidenti İlham Əliyev prosesin yekunlaşdırılması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi kimi məsələlərin həllini tapmalı olduğunu dəfələrlə vurğulayıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Prezident İlham Əliyevin verdiyi şifahi bəyanatlar və siyasi açıqlamalar, bağlı qapılar arxasındakı diktə doktrinası praktikada özünü isbat edib:

“Azərbaycanın milli təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi naminə qətiyyətində güclü sübutetmə alqoritmləri var.

Azərbaycan dövləti ölçülü və dəqiq hesablamalar apara bilən güclü strategiya aparatına malikdir. Prezident İlham Əliyev strateji hədəflərə doğru həm regional, həm də qlobal təhlükəsizlik arxitekturalarında koordinasiyanı müəyyənləşdirə bilir.

Dövlət başçısının Ermənistanla sülh gündəmində davamlı və sistemli yanaşmaları təkrarlamasına gəlincə, bunun perspektiv baxımından izahına nəzər yetirmək lazımdır.


Aqşin Kərimov

Azərbaycanın strateji məqsədlərə doğru addımlarında əvvəlki illərdəki təcrübə regionda hegemonluq ambisiyaları ilə maraq quran oyunçulara meydan oxuyur. Bu, Azərbaycanla-Ermənistan arasında normallaşma səylərinə maneə yaradan qüvvələrə qarşı fəal müqavimət doktrinası formalaşdırır”.

A.Kərimovun sözlərinə görə, Bakı artıq Cənubi Qafqazdan Yaxın Şərq və Orta Asiyaya qədər uzanan alternativ güc dinamikalarına yaxşı rıçaqlar qazanır:

“Ermənistanın özü daxil onun himayədarı olan dövlətlər Azərbaycanın siyasətinə uyğun maraqlar yaratmalıdırlar. Əks təqdirdə, Azərbaycanın regionda ambisiya yaratmaq üçün münbit məkan olan Ermənistanı cəzalandırmaq metodları gündəmə gələ bilər. Qazaxın yerdə qalan 3 kəndi, həmçinin Naxçıvandakı Kərki kəndi, Zəngəzur dəhlizinin açılması, qərbi azərbaycanlıların qayıdışı üçün lazım ola biləcək təzyiq tətbiqi də bura daxildir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri