Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə baş tutan Zirvə toplantısı Rusiya, ABŞ, Qərb, İran və Hindistan kimi böyük güclərin diqqətini bir daha Bakıya yönəltdi.
Xüsusilə İran və Rusiya tərəfindən Azərbaycanın xarici siyasi xəttinə yönəlik müəyyən geosiyasi təzyiqlər müşahidə olunur.
Bənzər yanaşma Qərbin də Bakıya mövqeyində nəzərə çarpır. ABŞ isə bu mürəkkəb situasiyada balans siyasəti aparmağa çalışsa da, regional təsi
Ekspertlərin fikrincə, Laçın görüşünün nəticələri həm regional, həm də qlobal güclərin maraq dairəsində yeni geopolitik mexanizmləri işə sal
Üç liderin Laçında bir araya gəlməsinə beynəlxalq reaksiya necə olacaq?
Regionda maraqlı olan qüvvələr – Rusiya, ABŞ, Qərb, İran və Hindistandan Bakıya təzyiqlər gözlənilirmi?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə baş tutan Zirvə görüşü Cənubi Qafqazda geosiyasi güc balansını dəyişdirə biləcək yeni bir regional mexanizmin əsasını qoyur: “Bu zirvə təkcə rəmzi və strateji məna daşımır, həm də müəyyən gücləri narahat edən bir çox mesajlar verir.