Icma.az
close
up
RU
Bakıdan Tehran və Moskvanı hərəkətə keçirəcək qərar Gizli İrəvan planı

Bakıdan Tehran və Moskvanı hərəkətə keçirəcək qərar Gizli İrəvan planı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə baş tutan Zirvə toplantısı Rusiya, ABŞ, Qərb, İran və Hindistan kimi böyük güclərin diqqətini bir daha Bakıya yönəltdi.

Xüsusilə İran və Rusiya tərəfindən Azərbaycanın xarici siyasi xəttinə yönəlik müəyyən geosiyasi təzyiqlər müşahidə olunur. Bənzər yanaşma Qərbin də Bakıya mövqeyində nəzərə çarpır. ABŞ isə bu mürəkkəb situasiyada balans siyasəti aparmağa çalışsa da, regional təsir dairəsini genişləndirməyi hədəflədiyi görünür.

Ekspertlərin fikrincə, Laçın görüşünün nəticələri həm regional, həm də qlobal güclərin maraq dairəsində yeni geopolitik mexanizmləri işə salmağa şərait yaradır.

Üç liderin Laçında bir araya gəlməsinə beynəlxalq reaksiya necə olacaq? Regionda maraqlı olan qüvvələr – Rusiya, ABŞ, Qərb, İran və Hindistandan Bakıya təzyiqlər gözlənilirmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə baş tutan Zirvə görüşü Cənubi Qafqazda geosiyasi güc balansını dəyişdirə biləcək yeni bir regional mexanizmin əsasını qoyur:

“Bu zirvə təkcə rəmzi və strateji məna daşımır, həm də müəyyən gücləri narahat edən bir çox mesajlar verir.

Laçın görüşü üç istiqamətdə yeni mexanizmlərin aktivləşdirilməsinə səbəb olur:

1.Regional koordinasiya və müdafiə bloklaşması: Azərbaycan-Türkiyə-Pakistan üçbucağı artıq sadəcə siyasi tərəfdaş deyil, potensial olaraq hərbi və təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi üçün platforma kimi çıxış edir. Bu, Cənubi Qafqaz və Orta Asiya üçün yeni güc mərkəzinin formalaşması deməkdir.

2.Alternativ nəqliyyat və enerji marşrutları: Zəngəzur dəhlizinin açılması, Azərbaycanın enerji və nəqliyyat siyasətinin Türkiyə və Pakistanla daha sıx inteqrasiyası Rusiya və İranın maraqlarına toxunur. Bu, Şimal-Cənub və Şərq-Qərb marşrutlarında balansın dəyişməsinə səbəb ola bilər.

3.İslam dünyasında liderlik iddiası: Azərbaycan və Türkiyənin Pakistanla birlikdə hərəkət etməsi, İslam dünyasında qərarverici üçlüyün formalaşmasının əlaməti kimi görünə bilər. Bunun bəzi müsəlman ölkələrində qısqanclıqla qarşılanması gözləniləndir.

Rusiya bu cür formatları özünün təsir dairəsinin daralması kimi görünür. Moskva Cənubi Qafqazda “sabitlik” bəhanəsi ilə öz mövqeyini qorumağa çalışsa da, artıq balans Türkiyə və onun müttəfiqləri istiqamətində dəyişir. Buna cavab olaraq isə informasiya müharibəsi intensivləşə, sülhməramlıların fəaliyyəti vasitəsilə lokal gərginliklər yaradıla, həmçinin Ermənistana yönəlik gizli dəstəklər artırıla bilər”.


Züriyə Qarayeva 

Politoloq əlavə edib ki, İran üçün Zəngəzur dəhlizi “qırmızı xətt” kimi qəbul olunur:

“Laçın görüşü və Zəngəzurla bağlı mesajlar Tehranda ciddi narahatlıq doğurur. İran sərhəd boyu hərbi təlimlər keçirə və sərt bəyanatlarla çıxış edə bilər. Azərbaycana qarşı ideoloji və dini arqumentlərlə yönəlik təzyiqləri (məsələn, dini məzhəb fərqləri) artırması da mümkündür. Bu ölkədə “şimal sərhədində NATO var” ritorikasının yenidən canlanması gözləniləndir.

Qərb dövlətləri, o cümlədən, ABŞ Azərbaycanın enerji və nəqliyyat layihələrində önəmli tərəfdaş kimi görünür. Amma paralel olaraq insan haqları, media azadlığı, demokratiya kimi mövzular vasitəsilə qeyri-rəsmi təzyiq alətlərini işə salınır. Həmçinin Ermənistanla sülh sazişinə dair proseslərdə siyasi şərtlər və vasitəçilik iddiaları ilə təzyiqlər artırılır. Laçın görüşü NATO üzvü olan Türkiyənin daha çox Cənubi Qafqaza daxil olması kimi qiymətləndirilə və Moskva ilə balanslı əlaqənin qalması üçün Bakıya təzyiq mexanizmləri tətbiq oluna bilər.

Hindistan məhz Pakistan faktoruna görə bu formatdan narahatdır. Dehli üçün İslamabadın belə bir strateji üçbucaqda yer alması, Cənubi Asiyaya təhdid kimi qəbul olunur. Bakı-İslamabad yaxınlaşması Hindistanın Azərbaycanla münasibətlərini soyuda bilər”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 May 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri