Bakını gözəlləşdirən parklar SİYAHI | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Parklar insanların istirahəti, fiziki aktivliyi, eyni zamanda şəhərin ekoloji tarazlığının, flora və faunanın qorunması üçün şəhərdə estetik və mədəni dəyərlər yaradan məkandır.
Ölkəmizdə ötən il keçirilən COP29 çərçivəsində Bakıda uzun illər yarasız halda olan parklarda yenidənqurma işləri aparılıb, insanların istirahəti üçün səmərəli məkanlar halına gətirilib.
Modern.az Bakının yenidən qurulan və istirahət üçün unikal məkanlara çevrilən parkların təqdim edir.
6a Nazim Hacıyev ünvanında yerləşən Nərimanov parkının ərazisi 4.1 hektardır.
Bu park XX əsrin 50-ci illərində salınıb, park şəhərin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmadığından 2024-cü ildən Nərimanov parkı unikal dizaynda yenidən qurulub, müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddətdir yararsız halda olan fontan meydanının yenidən qurulması işləri həyata keçirilib.
Mövcud ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılmışdır.
Parkın mühəndis kommunikasiya xəttləri əsaslı şəkildə yenilənmiş, park yağış sularının daşınması üçün nəzərdə tutulan xəttlərlə təmin edilib.
Tam oxu
Xəbəri oxu